www.fgks.org   »   [go: up one dir, main page]

„Beynəlxalq Şəffaflıq - Gürcüstanın” cari seçki prosesləri haqqında bəyənatı (07:00-19:30)

Page 1

„Beynəlxalq Şəffaflıq - Gürcüstanın” cari seçki prosesləri haqqında bəyənatı (07:0019:30) „Beynəlxalq Şəffaflıq – Gürcüstan” gün ərzində 140-dək xırda və nisbətən ciddi pozuntu təsbit etdi. Bizim müşahidəçilərimiz 25 şikayət yazdılar. Əhəmiyyətli pozuntulardan bunları qeyd etmək olar: Ehtimal edil ən “Karusel” #22 Marneuli Seçki Dairəsinin #13 məntəqəsində “Tələbələr Həmkarlar İttifaqı” adlı müşahidəçi təşkilatın müşahidəçisi Tofiq Əkbərov bu məntəqədə iki dəfə səs verdi, üçüncü dəfə cəhd etdikdə isə komissiya üzvləri icazə vermədilər. Qeyd etmək lazımdır ki, bu adam ümumiyyətlə bu məntəqənin seçicisi deyildir. Seçicilərin Vahid Siyahısında o, Marneuli Seçki Dairəsinin başqa - #10 məntəqəsində qeydiyyatdan keçmişdir. Müşahidəçimizin dediyinə görə, eyni məntəqədə Əkbərovdan savayı Bəhlul Quseynov və bir neçə şəxs bir dəfədən çox səs vermişlər. Quseynov tərəfindən iki dəfə səs vermək faktı video kameralarda h əkk olunub. “Beynəlxalq Şəffaflıq-Gürcüstan” bu məntəqədə səscermə prosesini dayandırmağı tələb etdi. Müşahidəçiyə mane olmaq və təzyiq göstərmək 

#40 Axalkalaki Seçki Dairəsinin #50-ci məntəqə komissiyasının üzvləri səsvermə binasından bayırda alkoqollu içki içir və sərxoş vəziyyətdə idilər. Müşahdəçimiz komissiya üzvlərinə xəbərdarlıq etdi. Buna görə müşahidəçimizi həyətdən qovdular da şifahi təhqir etdilər. Bunun nəticəsində o patrulu çağırdı; #22 Marneuli Seçki Dairəsinin #13 məntəqəsində bizim müşahidəçimizə təhqiramiz sözlər dedilər;

S əsverm ənin gizliliyinin pozulması 

#17 Telavi Seçki Dairəsinin #54-cü məntəqəsində „Gürcü arzusu – Demokratik Gürcüstan” nümayədəsi, Elyar Xəlilov bir neçə halda seçicilərlə birlikdə səsvermə kabinəsinə daxil oldu, səbəb kimi də onların gözlərinin zəif olduğunu gösətrdi;

S əlahiyy ətsiz ş əxsl ərin seçki m ənt əq əsind ə olmaları 

#37 Axaltsixe Seçki Dairəsinin #14-cü məntəqəsində bizim müşahidəçimiz Axaltsixe Sakrebulosunun „Gürcü arzusu – Demokratik Gürcüstan” fraksiyasının sədri Qiorqi


Beroşvili „İctimai Birləşmə Öncə Gürcüstan” adlı müşahidəçi təşkilatın döş nişanı ilə gəlmişdi. Sakrebulo üzvünün müşahidəçi olması qadağandır. S əsverm ə binasından 100 metrlik radiusu pozmaq Bir çox seçki məntəqəsindən kənarda, o cümlədən, səsvermə binasından 100 metr məsafəsində partiya koordinatorlarının toplaşması yenə də müşahidə olunur. Bu hal Seçki Məcəlləsinə daxil edilən dəyişikliklərlə, qanun pozuntusudur.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.