www.fgks.org   »   [go: up one dir, main page]

2 oktyabr 11:30 07:00-dan 08:00-dək məntəqənin açılışı və qurulması prosesində „Çoxmillətli Gürcüst

Page 1

Çoxmill ətli Gürcüstan 07:00-dan 08:00-d ək m ənt əq əl ərin açılması v ə qurulması, h əmçinin s əsverm ə prosesinin gedişatı haqqında m əlumat yayır 2 oktyabr 11:30 07:00-dan 08:00-dək məntəqənin açılışı və qurulması prosesində „Çoxmillətli Gürcüstan“-ın qısamüddətli müşahidəçiləri tərəfindən verilən məlumata görə, məntəqələrin açılması və qurulması, həmçinin səsvermə prosesi sakit şəraitdə baş tutdu. Qeyd olunanlara baxmayaraq, bu kimi nöqsanlar da müşahidə edildi: 1. Marneuli 78-ci məntəqəsində seçicilər axınını tənzimləyəni və qutuya nəzarət edəni seçmək üçün püşk atılmadı, sədr bu iki funksiyanı komissiyanın hansı üzvlərinin yerinə yetirməli olduğuna dair qərarı özü verdi. Buna görə Çoxillətli Gürcüstan tərəfindən şikayət yazıldı. 2. Axalkalakinin 27-ci məntəqəsində, komissiya sədri, özbaşınalıqla, Seçki Dairəsi Komissiyası ilə razılaşdırmadan, Seçki məntəqəsini başqa əraziyə köçürtdü. Onun izahına görə, Seçki məntəqəsinin damının uçma təhlükəsi var. 3. Qardabaninin 11-ci məntəqəsində, iki seçici səsvermədə iştirak etdikdən sonra nəzarət kağızını qutuya atdılar. 4. Axalkalakinin 54-cü məntəqəsində, möhür vurmaq və markerləmə işində qeydiyyatçıya komissiyanın iki üzvü kömək edirdi. 5. Krtsanisinin 24-cü məntəqəsində, müşahidəçini darısqallıq olduğunu bəhanə edərək məntəqəyə müşahidə etmək üçün buraxmadılar. 6. Marneulinin 2-ci seçki məntəqəsində, komissiya üzvləri gec gəldilər və bunun üçün səsvermə 20 dəqiqə gec başladı. 7. Marneulinin 48-ci məntəqəsinin birinci seçici üçün 20 dəqiqəlik gecikmə ilə açıldı. Bunun səbəbi püşkatma qaydasının pozulması və nəticədə püşkün yenidən atılması oldu. Çoxmillətli Gürcüstan tərəfindən bunun barəsində şikayət yazıldı. 8. Qardabaninin 65-ci məntəqəsində iki seçiciyə səhvən marker əvəzinə dezinfeksiya mayesi fısqırtdılar. Qeyd olunan pozuntu “Çoxmillətli Gürcüstan” tərəfindən üzərə çıxarıldı və pozuntu aradan qaldırıldı. 9. Marneulinin 48-ci məntəqəsində funksiyaları böğlüşdürmək üçün püşk atılmadı. “Çoxmillətli Gürcüstan” tərəfindən şikyət yazıldıqdan sonra nöqsan aradan qaldırıldı. 10. Qardabaninin 60-cı məntəqəsində partiya nümayəndəsi beycsiz gəlmişdi, müşahidəçinin iradından sonra problem aradan qaldırıldı. 11. Marneuli 22-ci məntəqəsində seçici qeydiyyatçının göstərişi ilə, siyahıda başqasının yerinə imza atırdı, müşahidəçi bunu vaxtlı gördü və qarşısını aldı. 12. Marneulinin 79-cu məntəqəsində, müşahidəçinin müşahidə etmək hüququ məhdudlaşdırıldı, video çəkmək haqqı verilmədi. 13. Krtsanisinin 3-cü məntəqəsində, seçici bülletinlərdə yalnız bircə qrafanı dolduraarq məntəqəni tərk etdi.


14. Qardabaninin 61-ci məntəqəsində, seçiciyə səs verməsi üçün həmin məntəqədə qeydiyyatda olmayan başqa bir seçici kömək etdi 15. Marneulinin 65-ci məntəqəsindəki tənzimləyici markerləşdirməni yoxlamır.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.