Yuxarı Marna (fr. Haute-Marne) — Fransa şimal-şərqində yerləşən, Qrand Est regionun departamentlərindən biri. Sıra nömrəsi — 52. İnzibati mərkəzi — Şomon. Əhalisi — 191 004 nəfər (departamentlər arasında 91-ci yer, 2010-cu ilin məlumatları).
Ərazi 6.211 km² əhatə edir. Departamentin ərazisində Marna çayı axır.
Departamentə 3 rayon, 32 kanton və 432 kommun daxildir.
Yuxarı Marna — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Şampan-Ardenn bölgəsinin ərazisində yerləşir. Adı Marna çayından gəlir.