Portal:Opera

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  
"Ola bilsin ki, operaya gedən hər əlli nəfərdən yalnız biri artıq onu sevsin, yerdə qalan qırxdoqquz nəfər isə onu sevməyi öyrənmək üçün operaya gedirlər" Mark Tven
Üçüncü zəng çalınır, pərdə qalxır...

Opera portalına
xoş gəlmisiniz!


redaktə  Operalar

Bəyazid və ya Tamerlan Georq Fridrix Hendelin eyni adlı operası ilə qarışdırlmamalıdır. 1735 – ci ildə Antonio Vivaldi tərəfindən bəstələnmiş italyan operasıdır. Operanın librettosu Aqostino Pioven tərəfindən yazılmışdır. Əsərin premyerası Veronada, karnaval mövsümündə həyata keçirilmişdir. Opera (kataloq nömrəsi RV 703) üç hissəli simfoniya olan giriş və üç pərdədən ibarətdir. Operanın mövzusu Osmanlı sultanı I Bəyazidin Əmir Teymur tərəfindən əsir götürülməsindən sonrakı həyatına həsr edilmişdir. Məşhur "Sposa son disprezzata" ariyası bu operadandır.


redaktə  Operettalar

Arşın mal alanÜzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operetta. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır.2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Arşın mal alan operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Ü.Hacıbəyov “Arşın mal alan” operettasını tamamladıqdan sonra onu ilk dəfə Sankt-Peterburq konsevatoriyasının direktoru, görkəmli rus bəstəkarı A.Qlazunova göstərmişdir. A.Qlazunov əsəri çox bəyənmiş və onu bütün Rusiyada ilk operetta adlandırmışdır. “Arşın mal alana” verilən bu cür yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturasını və librettosunu Bakıya, dostlarına göndərir.


redaktə  Bəstəkarlar

Karl Orf məşhur alman bəstəkarı, musiqişunası və pedaqoqudur. 10 iyul 1895-ci ildə Münhendə anadan olub. 5 yaşından fortepianoda, orqanda, violençeldə ifa edib. Sonra isə Münhen Musiqi Akademiyasında təhsil alıb. K. Orf A. Veer-Valbrunnanın, Q. Çilxeranın tələbəsi olub. 1914-cü ildə akademiyada təhsilini bitirib. 1921-1922-ci ilərdə məşhur polifonist Q. Kaminskadan dərs alıb. 1915-1919-cu ilə kimi Munhen, Monqeyndə, Darmştatda drijorluq edib. 1924-cü ildə doğma şəhərində D. Günter ilə birlikdə musiqi məktəbinin əsasını qoyub. İş təcrübəsi ərzində hətəkətlə (rəqs, gimnastika) musiqisinin sintezinin köməkliyi ilə uşaqlara musiqi tərbiyyəsi aşılayırdı. O cümlədən, yeni növ alətləri hazırlayıb (“Orff alətləri”). Bu əməyin nəticəsində xüsusi musiqi təlimatları müəyyənləşdirilmişdir (1930-1935). 1950-ci ildən etibarən Münhen Konservatoriyasında kompazisiya üzrə professordur. Musiqinin müxtəlif növlərinə müraciət edib, o cümlədən, pantomima, rəqs, səhnə musiqisi və konsertlər, oratoriya- kantatalar yazıb.


redaktə  Milli operamız

Əsli və KərəmÜzeyir bəy Hacıbəyovun beşinci muğam operası. 4 pərdəli, 6 şəkilli bu operanın librettosu da Hacıbəyovundur. Opera ilk tamaşasından böyük müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil olmuşdur. "Əsli və Kərəm"-in ilk tamaşası 1912 il mayın 18-də indiki AOBT-nın binasında olmuşdur. Tamaşanın rej. H. Ərəblinski, dirijoru H. idi. Rollarda H. Sarabski (Kərəm), Ə. Ağdamski (Əsli), H. Terequlov (Qara keşiş), M. Məmmədov (İsfahan şahı), Q. Göyçaylinski (Şeyx Nurani) və b. çıxış etmişlər. Opera Qafqaz, Orta Asiya və İranın bir çox şəhərlərində də göstərilmişdir. "Əsli və Kərəm" AOBT-ndan başqa, respublikanın digər teatrlarında (Ağdam, Naxçıvan və s.) da tamaşaya qoyulmuşdur. AOBT-nda "Əsli və Kərəm" 1957 ildən bəstəkar Nazim Əliverdibəyovun ork. redaksiyası ilə ifa olunurdu. 1988 ildən opera bu teatrın səhnəsində yeni quruluşda oynanılmışdır.


redaktə  Məşhur tenor ifaçılar

Andrea Boçelliİtalyan tenor, bəstəkar, müğənni və albom prodüseridir. Zəif görmə ilə doğulan Andrea, on iki yaşında futbol oynayarkən keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini itirmişdir. 1994-cü ildə Sanremo Musiqi Festivalının "Yeni gələnlər bölümü"ndə "Il mare calmo della sera" mahnısı ilə qalib olmuşdur. Beynəlxalq şöhrtinə böyük təkan verən Con te partirò (Sağollaşmaq vaxtıdır) adlı mahnı ilə Avropada uzun müddət musiqi listlərinin, hit mahnıların başında yer almışdır.


redaktə  Məşhur soprano ifaçılar

Netrebko Anna Yuriyevna (rus. Анна Юрьевна Нетребко) (18 sentyabr 1971(1971-09-18) ci ildə Rusiya, Krasnodar) rus əsilli Avstriya opera müğənnisi, soprano ifaçı. 2006 cı ildən Avstriya Avstriya vətəndaşı. Anna Netrebko Rusiyanın Krasnadar şəhərində 18 sentyabr 1971(1971-09-18) ci ildə dünyaya gəlmişdir. Atası, Yuriy Netrebko geoloq anası isə mühəndisdir. Krasnadarda musiqi ilə məşqul olan Anna “Kuban pionerləri” xorunda solist olmuşdur. Ali musiqi təhsilini Sankt-Peterburq konservatoriyasında, professor Tamara Nobiçenkonun sinifində almışdır. 1993 cü ildə Qlinka adına müsahibənin qlibi olan Anna Marininskiy teatrına dəvət olunur. Burada o, drijor Valeri Gyorgiyevin rəhbərliyi altında geniş repertuarla çıxışlar edir. 1994 cü ildə Riqa operasına dəvət olunan Anna Netrebko “Sehirli fleyta”da “gecə kraliçasını” ifa edir. 1995 ci ildə San Fransiskoda “Ruslan və Lyudmila” operası ilə öz debüt çıxışını edir.


redaktə  İfaçılar

Çeçilia Bartoli (it. Cecilia Bartoli; d. 4 iyun, 1966, Roma) — italyan mezzo–sopranoçu opera müğənnisi. 4 iyun 1966-cı ildə Romada profissional müğənni ailəsində dünyaya gələn Çeçilia 9 yaşında ikən Toska operasında çıxış etmişdir. Roma it. Accademia Nazionale di Santa Cecilia — Müqəddəs Çeçilia Milli Akademiyasında oxuyan Çeçilia Bartoli trombon üzrə ixtisaslaşır. Anası onun vokal üzrə ik və yeganə pedaqoqu olur. İlk şöhrəti ona 1986 cı ildəki it. Fantastico televiziya şousundakı, Coakkino Rossininin Sevilya bərbəri operasından Leo Nuççi ilə ifa etdiyi duet qazandırmışdır. Şounu izləyən Rikardo Muti onu dərhal La Skala teatrına dinlənilməsi üçün dəvət etmişdir.


redaktə  Opera teatrları

Məhəllə teatrı çex. Stavovské divadlo (orijinal adı "Qraf Nostitz teatrı" çex. Hraběcí Nosticovo divadlo, sosializm dövründə "Tılov teatrı" çex. Tylovo divadlo) - Praqanın Praqa 1 rayonunda, Köhnə şəhərin "Meyvə bazarı" (çex. Ovocný trh) adlanan meydanında yerləşir. Teatrdan solda xalq arasında "Dəmir qadın" kimi tanınan "Daş qonaq" heykəli, teatrın arxasında isə məşhur passaj yerləşir.


redaktə  Opera indeksləri

0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z



redaktə  Opera musiqisi

Uvertüralar


Ariyalar


redaktə  Təqvim
İyul


redaktə  Məşhur ariyaların sözləri


redaktə  Şəkil qalereyası


redaktə  Bilirsinizmi...
  • Turandot operasının orijinal süjeti Azərbaycanın XII əsrdə yaşamış klassik şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindəki epik hekayədən götürülmüşdür.
  • Qarnye opera binasının lahiyəsi təqdim olunarkən İmperatriça Yevgeniya Şarl Qarnyedən onun hansı memarlıq üslubunda işlənildiyini soruşur: "Bu necə üslubdur? Nə yunan, nə XV Lüdovik, nə də XVI!" Qarnye belə cavab verir: "Bu ki, III Napoleondur və siz onu bəyənmirsiniz?!". İmperator Qarnyeni kənara çəkib qulağına pıçıldayır: "Narahat olmayın, onun onsuz da belə şeylərdən başı çıxmır". Beləliklə Napoleon üslubu yaranmış olur.
  • Bəd 13 ədədi: Opera Qarnye sayca Parisin 13 cüsüdür; 29 may 1896 cı ildə nizamlayıcı 700 kq-lıq çilçıraq "Faust" tamaşası gedərkən düşməsindən 13 nömrəli oturacaqda əyləşmiş tamaşaçı ölür; gənc balerina giriş pilləkanının 13 cü pilləsindən yıxılaraq tələf olur.
  • Qaston Lerunun məhşur "Opera fantomu" romanında opera binasının altında gölün olması göstərilir. Həqiqətdə də binanın zirzəmisində özülün davamlığını artırmaq və baş verə biləcək yanğını söndürmək üçün su anbarı mövcuddur.
  • Aida operasının Avropadakı premyerası 1872-ci ildə La Skalada baş tutmuşdur. Opera qədər bəyənilir ki, bəstəkar Cüzeppe Verdi 32 dəfə səhnəyə çağırılir.


redaktə  Kateqoriyalar


redaktə  Əlaqəli portallar


redaktə   Xarici keçidlərdə operalar


Opera Vikixəbərdə  Opera Vikisitatda  Opera Vikikitabda  Opera Vikimənbədə  Opera Vikilüğətdə  Opera Vikiversitetdə  Opera Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar