Ero (fr. Hérault [eʁo],, oks. Erau [eˈraw], kat. Erau) — Fransa cənubunda yerləşən Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 34. İnzibati mərkəzi — Monpelye. Əhalisi — 1,062,617 nəfər (departamentlər arasında 21-ci yer, 2010-cu ilin məlumatları).
Ərazisi — 6101 km². Şimalda Sevenna dağ massivi yerləşir. Od, Orb, Ero, Vidurl və s. çaylar departament ərazisində axır
Vadilərdə iqlim isti; badam, zeytun, tut, əncir yetişdirilir; şərabçılıq inkişaf etdirilir.[1].
Departamentə 3 rayon, 49 kanton və 343 kommun daxildir.
Ero — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Langedok vilayətinin ərazisində yerləşir. Adı Ero çayından gəlir.