Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №3
AZƏRBAYCANDA PEŞƏ TƏHSİLİ
MÜƏSSİSƏLƏRİNİN TƏHSİLALANLAR
KONTEKSTİNDƏ QİYMƏTLƏNDİRİLMƏSİ
QADİR QAFAROV
Azərbaycan Texniki Universitetinin mühəndis fizikası və elektronika
kafedrasının müəllimi. e-mail: qafarov1997@gmail.com
https://orcid.org/0000-0003-2560-1147
Məqaləyə istinad:
Qafarov Q. (2021). Azərbaycanda
peşə təhsili müəssisələrinin
təhsilalanlar kontekstində
qiymətləndirilməsi. Azərbaycan
məktəbi. № 3 (696), səh. 75–85
Məqalə tarixçəsi
Göndərilib: 24.06.2021
Qəbul edilib: 20.07.2021
ANNOTASİYA
Hazırda texnologiya və elmin, buna paralel olaraq da sənayeləşmənin
inkişaf etdiyi ölkələrdə yeni texnoloji sistemlərin kütləvi tətbiqi xüsusi
keyfiyyətlərə malik insan kapitalının yetişdirilməsinə ehtiyac yaratmışdır. Keyfiyyətli insan yetişdirilməsi üçün həm də müasir tələblərə
cavab verən, yeni məzmunlu texniki peşə təhsili qurulmalı və bu zaman
təhsilalanlara müasir texnoloji metodların mənimsədilməsi əsas
götürülməlidir. Sözsüz ki, texniki peşə məktəblərində verilən bu nəzəri
və praktiki biliklər təkbaşına qənaətbəxş olmayacaqdır. Avropada ən
güclü iqtisadiyyata sahib olan Almaniya, Fransa və İngiltərə kimi
ölkələrin peşə təhsili modeli digər ölkələrinkindən kəskin surətdə
fərqlənir. Bu modellər Azərbaycan peşə təhsili sisteminə uyğunlaşdırılaraq tətbiq olunur. Dünyadakı peşə təhsili modelləri əsasında
formalaşan, inkişaf edən Azərbaycan peşə təhsili sistemində bəzi
məqamlarda kökü müxtəlif səbəblərə dayanan problemlər meydana
çıxır. Ona görə də, Azərbaycanda peşə təhsilinin gələcəkdə güclü
modelə çevrilməsi üçün qabaqcadan yarana biləcək problemlər
proqnozlaşdırılmalı və vaxtında aradan qaldırılmalıdır. Bir sözlə, peşə
təhsili peşəkar mütəxəssislər və tədqiqatçılar tərəfindən qiymətləndirilməli, məqsədyönlü, səmərəli təkliflər hazırlanmalıdır. Çünki
Azərbaycanda praktiki tədqiqatların aparılmaması problemlərin həllini
ləngidir. Məqalədə bütün bunlardan bəhs olunur və o da qeyd olunur
ki, peşə təhsilində qiymətləndirmə müxtəlif faktorlar əsasında
mümkündür və bu zaman onun yetişdirdiyi fərdlərin fikirlərinin də
nəzərə alınması lazımdır. Bu məsələ tədqiqatın əsas predmetinə
çevrilmişdir.
Açar sözlər: Peşə təhsili, peşə liseyləri, təhsilalanlar, peşə təhsili
modelləri, qiymətləndirmə.
http://as-journal.edu.az
75
Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №3
EVALUATION OF VOCATIONAL EDUCATION
INSTITUTIONS IN AZERBAIJAN IN THE
CONTEXT OF STUDENTS
GADIR GAFAROV
Azerbaijan Technical University, Department of Engineering Physics and
Electronics. e-mail: qafarov1997@gmail.com
https://orcid.org/0000-0003-2560-1147
To cite this article:
Gafarov G. (2021). Evaluation of
vocational education institutions in
Azerbaijan in the context of
students. Azerbaijan Journal of
Educational Studies. Vol. 696,
Issue III, pp. 75–85
Article history
Received: 24.06.2021
Accepted: 20.07.2021
76
ABSTRACT
In countries where technology and science and industrialization have
developed in parallel, the collective application of technology and
new technological systems in industry has created a need to train
human capital with special qualifications. In order to cultivate a quality
person, it is necessary to establish a technical vocational education
with a new content that meets modern requirements, and at the same
time the training of students should be based on the mastery of modern technological methods. Of course, this theoretical and practical
information given in vocational schools will not be enough on its own.
The vocational education model in Germany, France and the UK,
which have the strongest economies in the European Union, is sharply
different from the models of other countries. These models are applied
in accordance with the Azerbaijan vocational education system. The
vocational education system of Azerbaijan, which is formed and developed on the basis of the models of vocational education in the
world, at some points has problems that are rooted in various reasons.
In order for vocational education in Azerbaijan to become a strong
vocational education model in the future, problems that may arise in
advance should be be predicted and eliminated in a timely manner.
In short, vocational education should be evaluated by professionals
and researchers, and purposeful, effective proposals should be developed. The lack of any practical research in Azerbaijan slows down
the solution of problems. Evaluation in vocational education is possible
on the basis of several factors. The author thinks that while evaluating
the education system, the opinions of the individuals he brings to the
agenda should be taken into consideration. This issue has become
the main subject of research.
Keywords: Vocational education, vocational high schools, students,
vocational education models, evaluation.
http://as-journal.edu.az
Azərbaycanda peşə təhsili müəssisələrinin təhsilalanlar kontekstində qiymətləndirilməsi
GİRİŞ
Bazarların liberallaşması, qloballaşma və
texnoloji dəyişikliklər gün-gündən daha rəqabətli iqtisadi mühit yaradaraq, əmək və
əməyin təşkilinin mahiyyətinə əsaslı şəkildə
təsir göstərmişdir. Qlobal iqtisadiyyatın köklü
dəyişməsi həm hökumətləri, həm də özəl
sektorları öz inkişaf strategiyalarını təhlil etməyə
və mövcud peşə təhsili sistemini yenidən
nəzərdən keçirməyə vadar etmişdir. Ona görə
də təəccüblü deyil ki, ən mühüm dəyişikliklər
məhz təhsil sistemində, xüsusilə texniki peşə
təhsilində olmuşdur. Dəyişikliyin mahiyyəti
Azərbaycanın peşə təhsili sistemində əmək
bazarının tələblərinə cavab verən kadr hazırlığını
həyata keçirən mühitin yaradılması, peşə
standartlarının modernləşdirilməsi və müasir
tələblərə cavab verən peşə təhsili sisteminin
qurulmasıdır.
Azərbaycanın təhsil sistemində peşə təhsili
olduqca mühüm mövqeyə sahibdir. Buna görə
də dövlətimiz tərəfindən bu sahə daim inkişaf
etdirilir və peşə təhsilinin dünya standartlarına
inteqrasiyası proqramı müvəffəqiyyətlə həyata
keçirilir. Respublikamızda ilk peşə-ixtisas
təhsilinin həm kəmiyyət, həm də keyfiyyət baxımından sürətli inkişafı demokratik Azərbaycan
Respublikasının qurucusu Heydər Əliyevin
ölkəyə rəhbərlik etdiyi dövrdən başlamışdır.
Təsadüfi deyil ki, məhz ulu öndərin rəhbərliyi
altında ölkəmizdə iri sənaye mərkəzləri, fabrik
və zavodlar tikilmişdir. Düzgün idarəetmə
nəticəsində təkcə istehsal iqtisadiyyatı deyil,
peşə-ixtisas təhsili müəssisələri də inkişaf
etmişdir. Bunun məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Peşə
təhsili və təliminin inkişafına dair Strateji Yol
Xəritəsi” qəbul edilmişdir ki, bu da peşə təhsilinin
dövlətin sosial-iqtisadi inkişafında rolunun və
bu sahəyə dövlət dəstəyinin sübutudur. Dövlət
tərəfindən aparılan bütün məqsədyönlü islahatların ən mühüm vəzifələrindən biri texniki
profilli peşə məktəblərinin (və eləcə də digər
profillər üzrə) səviyyəsini keyfiyyətcə yüksəltmək, fəaliyyət zamanı (həm tədris, həm də
idarəetmə) yaranacaq nöqsanları aradan
qaldırmaq, o cümlədən əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığını təşkil etməkdən ibarətdir (Ağayev, Məmmədova, 2010;
Qafarov, 2020). Əlbəttə, bu proqramların icrası
zamanı peşə-ixtisas təhsili imkanını yaradan
peşə təhsili müəssisələrinin rolu əhəmiyyətli
dərəcədə böyükdür.
AZƏRBAYCANIN PEŞƏ TƏHSİLİNDƏ
PROBLEMLƏR
Həyata keçirilmiş tədbirlərə baxmayaraq,
təhsil sisteminin prioritet sahələrindən biri
olan peşə təhsili və təlimi sistemində müəyyən
problemlər mövcuddur. Belə ki, inkişaf etmiş
ölkələrdə ümumi təhsil pilləsi məzunlarının
40-60 faizi məhz peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunduğu halda, Azərbaycanda
bu rəqəmin 11 faizdən aşağı olması əhalinin
bu təhsil pilləsinə marağının az olduğunu
göstərir1.
Ölkəmizdə mövcud peşə təhsili və təlimi
sistemi aşağıdakı xarakterik problemlərlə səciyyələnir:
• İlk peşə-ixtisas təhsili üzrə normativhüquqi bazanın yenilənmiş və çevik
olmaması;
• Maddi-texniki və tədris bazasının fiziki və
mənəvi cəhətdən köhnələrək sıradan
çıxması;
• Peşə-ixtisas təhsili sistemində istifadə
olunan təhsil proqramlarının, dərslik və
dərs vəsaitlərinin müasir tələblərə cavab
verməməsi;
• Peşə-ixtisas təhsili müəssisələrinin
fəaliyyətinin qiymətləndirilməsi və
monitorinqi üçün mütərəqqi mexanizmin
olmaması;
• Peşə-ixtisas təhsili sistemində mövcud
idarəetmənin bazar iqtisadiyyatı
prinsipləri ilə tam uzlaşmaması və onun
dövlət büdcəsindən maliyyələşdirilməsi
———————————————————
1 http://edu.gov.az/upload/file/serencama-elave/2016/peshe-tehsil-yol-xeritesi.pdf
http://as-journal.edu.az
77
Qadir Qafarov
mexanizminin kifayət qədər səmərəli
olmaması;
• İşəgötürən təşkilatların peşə təhsili
müəssisələrinin maliyyələşdirilməsində
iştirak etməməsi və bunun üçün müvafiq
qanunverici bazanın mövcud olmaması;
• Peşə-ixtisas təhsili sistemində çalışan
kadrların hazırlıq səviyyəsinin və
əməkhaqlarının qənaətbəxş olmaması;
• Müxtəlif mülkiyyət formalarına əsaslanan
və peşə hazırlığı üzrə fəaliyyət göstərən
qurumlar arasında əlaqənin zəif olması;
• Ümumtəhsil müəssisələrində peşəyönü
işinin zəif aparılması;
• Məzunların əmək bazarının tələblərinə
cavab verməməsi;
• Eyni peşə istiqamətləri üzrə paralel kadr
hazırlığı həyata keçirən ilk peşə-ixtisas
təhsili müəssisələrinin mövcudluğu;
• Təhsil müəssisələrinin böyük
əksəriyyətinin başqa təyinatlar üzrə
istifadə edilməsi2.
TƏDQİQAT PROBLEMİNİN
FORMALAŞDIRILMASI
Peşə təhsili – müəyyən peşə sahəsinə istiqamətlənmiş insan kapitalının, ticarət, sənaye
və xidmət sektorlarında tələb olunan sahələr
üzrə kifayət qədər bilik və bacarıqlara sahib
olan kadrların yetişdirilməsidir. Bununla yanaşı,
o, elmi araşdırmalar vasitəsilə məlumat istehsal
etmək, onları cəmiyyətə çatdırmaq, məhsula
və texnologiyaya çevirmək məqsədini də daşıyır.
Azərbaycanda peşə təhsilinə dair statistik
göstəricilərə nəzər saldıqda görərik ki, son
tədris illərində bu sahəyə olan maraq xeyli artmışdır. Buna səbəb əhalidə peşə təhsilinə maraq
yaratmaq məqsədilə islahatların müvəffəqiyyətlə
hazırlanması və həyata keçirilməsidir. Şagirdlərin
peşə təhsilinə olan marağını nəzərə alaraq
Təhsil Nazirliyi tərəfindən tələbata uyğun yeni
peşə təhsili müəssisələrinin fəaliyyətə başlaması,
mövcud peşə təhsili müəssisələrinin təmiri və
Cədvəl 1
Statistik göstəricilər
Tədris ili
Peşə liseylərinin
Təhsilalanların
sayı
sayı
-------------------------------------------------------------------------2013-2014
108
27745
2014-2015
107
24328
2015-2016
113
24302
2016-2017
113
23703
2017-2018
113
24804
-------------------------------------------------------------------------Qeyd: Naxçıvan Muxtar Respublikasında yerləşən ilk peşəixtisas təhsili müəssisələri nəzərə alınmamaqla
maddi texniki baza ilə təchizatı müasir tələblərə
cavab verən yeni tədris materiallarının tərtib
olunması, peşə təhsili və təlimində iştirak edən
mühəndis-pedaqoji heyətinin ixtisasartırma
kurslarına cəlb olunması kimi tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən tədbirlər
həmin islahatların tərkib hissəsidir. Təhsil Nazirliyinin son beş tədris ilinin statistik göstəricilərinə nəzər yetirsək görərik ki, Azərbaycanda
son illərdə peşə liseylərinin sayı yaranan tələbata
mütənasib olaraq artmış və uyğun ixtisaslar
üzrə yenilənmişdir3 (cədvəl 1).
Peşə təhsili müəssisələri mövcud tələbə sayı
etibarı ilə peşə-ixtisas təhsilinin çox vacib
hissəsini təşkil edir. Son illərdə bu tipdən olan
təhsil müəssisələrinin ölkəmizin sosial və iqtisadi
inkişafındakı rolu daha da artmaqdadır. Bu inkişafa uyğun olaraq, peşə təhsili müəssisələrinin problemlərinin həllinə yönəlmiş yeni
yanaşmaların zəruriliyi artır. Peşə təhsilində
mövcud vəziyyətin qiymətləndirilməsində və
problemlərin həll olunmasında təhsilalanların
fikirlərinin öyrənilməsi qeyd olunan yanaşmalardan biri olmalıdır.
Peşə təhsili müəssisələrində, ümumiyyətlə,
peşə-ixtisas təhsilində yaranan boşluqların və
problemlərin müəyyənləşdirilməsi bir neçə faktorun analizi əsasında mümkündür. Bu məqalədə
isə sadəcə, tədqiqat fəaliyyətinə uyğun olaraq,
———————————————————
2 http://edu.gov.az/upload/file/serencama-elave/2016/peshe-tehsil-yol-xeritesi.pdf
3 https://edu.gov.az/az/page/418/7329
78
Azərbaycan məktəbi. 2021. №3
Azərbaycanda peşə təhsili müəssisələrinin təhsilalanlar kontekstində qiymətləndirilməsi
peşə liseylərində təhsilalanların fikirləri əsasında
problemlərin müəyyənləşdirilməsi məsələsi
araşdırılmışdır. Onu da nəzərə alaq ki, peşə
təhsili müəssisələrinin əsas məqsədi sayılan
ixtisaslı kadr hazırlığı məsələsi birbaşa təhsilalanlara istiqamətlənmişdir. Buna görə də
təhsilalanların fikirlərinin və ümumilikdə təhsil
aldıqları peşə təhsili müəssisəsinə baxış tərzlərinin araşdırılmasını məqsədəuyğun hesab
etmək olar.
MATERİAL VƏ METOD
Təhsilalanlar tərəfindən qeyd olunan məqamların aşkara çıxarılması məqsədilə reallaşan
tədqiqat Texnika və Texnologiyalar üzrə Bakı
Peşə Təhsili Mərkəzinin tabeliyində fəaliyyət
göstərən 14 nömrəli Bakı Peşə Liseyində reallaşdırılmışdır. Tədqiqat prosesi liseydə iki fərqli
ixtisas qrupu arasında aparılmış, burada 3
nəfəri qız, 33 nəfər isə oğlan olmaqla 36 nəfər
təhsilalan iştirak etmişdir. Bununla da təhsil
müəssisəsi barəsində daha çox informasiya
toplamaq imkanına nail olunmuş, əldə olunan
statistik göstəricilər əsasında təhsilalanların
diqqətini cəlb edən problemlər aşkarlanmış və
problemlərin aradan qaldırılması məqsədilə
peşə təhsili müəssisəsinin fəaliyyətində dəyişikliklərin aparılması üçün təkliflər hazırlanmışdır.
TƏDQİQAT METODUNUN SEçİLMƏSİ
Son zamanlarda beynəlxalq aləmdə pedaqoji
sahə üzrə tədqiqatlar müqayisəli analiz xarakteri
daşıyır. Artıq təhsil sahəsində ənənəvi tədqiqat
formaları eksperimental tədqiqat formaları ilə
əvəz olunur. Bu səbəbdən də məqalə eksperimental metod əsasında aparılan tədqiqata həsr
edilmişdir. Eksperimental tədqiqatın səbəb
amili kimi müxtəlif göstəricilər, nəticə amili
kimi isə peşə təhsili müəssisələrinin keyfiyyət
göstəricisi götürülmüşdür. Məqsədi peşə təhsili
müəssisələrində pedaqoji prosesin keyfiyyətini
təhsilanlanlar kontekstindən qiymətləndirməkdir. Qiymətləndirmənin müxtəlif formalarda
aparılması mümkündür. Tədqiqat işində təhsilalanlara ünvanlanmış, müxtəlif cavab variantları
mümkün olan suallardan istifadə edilmişdir.
Sorğu anketləri tədqiqatın reallaşmasında xüsusi rol oynayır. Məzmun etibarı ilə anketlər
faktları, davranışı və fəaliyyət məhsullarını,
eləcə də fərdin motivlərini, qiymətlərini və
rəylərini əhatə edir, forma etibarı ilə açıq, qapalı,
birbaşa, dolayı olur, funksiya etibarilə isə süzgəc
və yoxlama məqsədini daşıyır. Bir sözlə, sorğu
anketləri mövzunun tədqiqi zamanı yaranan
problemlərin başvermə səbəblərini, eləcə də
qabaqcıl təcrübələri öyrənmək üçün bu
vasitədən istifadə etmək üçün əlverişlidir (Müasir
təhsilin nəzəri və praktiki problemləri, 2016).
STATİSTİK GöSTƏRİCİLƏRİN
TOPLANMASI
Problemlərin müəyyənləşdirilməsi məqsədilə
xüsusi sorğu blankı hazırlanmışdır. Sorğu
anketində peşə təhsili müəssisələrinin mövcud
vəziyyəti və imkanlarına dair suallar qeyd
olunmuşdur. Anket 10 sualdan ibarət tərtib
edilmiş, sualların formalaşdırılması peşə təhsili
sistemində çalışan mühəndis-pedaqoji heyət
ilə müzakirə əsasında mümkün olmuşdur.
Sorğu anketində yer alan suallar və suallar
əsasında əldə olunan qrafiki nəticələrə diqqət
yetirək:
Sual 1.Təhsil aldığınız peşə təhsili müəssisəsi
faktiki yaşayış ünvanınıza yaxındırmı?
1) Xeyr; 2) Çox yaxındır;
3) Yaşayış yeri uzaqdır, lakin ixtisas yalnız
bu təhsil müəssisəsində olduğu üçün gəlirəm.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 25%-i (9 nəfər) “xeyr”, 33.3%-i (12
nəfər) “çox yaxındır” cavabını, 41.7%-i (15
nəfər) isə yaşayış yerinin uzaq olmasının ixtisasa
yiyələnmək baxımından problem olmadığını
qeyd etmişdir (diaqram 1).
Sual 2. Peşə təhsili müəssisəsində aldığınız
təhsil, sizcə, ixtisasa dair bacarıqların əldə
olunmasına köməklik edirmi?
1) Çox az; 2) Az; 3) Orta səviyyədə;
4) İxtisasla tam uyğundur.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 2,7%-i (1 nəfər) “çox az”, 8.3%-i
(3 nəfər) “az”, 22.3%-i (8 nəfər) “orta səviyyədə”
http://as-journal.edu.az
79
Qadir Qafarov
Diaqram 1
Məsafə probleminin təhsilalanlar tərəfindən dəyərləndirilməsi
Diaqram 2
İxtisas fənlərindən əldə olunan bacarıqların təhsilalanlar tərəfindən dəyərləndirilməsi
cavabını, 66.7%-i (14 nəfər) isə keçirilən fənlərin
ixtisasa uyğunluğunu bildirmişdir (diaqram 2).
Sual 3. Təhsil aldığınız peşə təhsili müəssisəsini
bitirdikdən sonra öz peşə sahənizdə işləmək
şansınız varmı?
1) Çox az; 2) Az; 3) Orta səviyyədə;
4) İş tapacağıma əminəm.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 30.6%-i (11 nəfər) öz sahəsində işləmək şansını “çox az”, 33.4%-i (12 nəfər) “az”,
19.4%-i (7 nəfər) “orta səviyyədə” qiymətləndirmiş, 16.6%-i (6 nəfər) isə təhsilini
tamamladıqdan sonra iş tapmaqda çətinliklə
qarşılaşmayacağını düşündüyünü qeyd etmişdir
(diaqram 3).
80
Azərbaycan məktəbi. 2021. №3
Sual 4. Peşə təhsili müəssisəsində tədris olunan
ixtisas fənlərinin sayı sizi qane edirmi?
1) Çox az; 2) Az;
3) Orta səviyyədə;
4) Həddindən artıq.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 11.2%-i (4 nəfər) “çox az”, 19.4%-i
(7 nəfər) “az”, 52.8% (19 nəfər) “orta səviyyədə”,
16.6%-i isə (6 nəfər) keçirilən ixtisas fənlərinin
yetərincə olduğunu qeyd etmişdir (diaqram 4).
Sual 5. Tədris laboratoriyalarınızdakı mövcud
şərait və təhsil müəssisəsinin maddi-texniki bazası
ixtisasa dair kompetensiyalara yiyələnməkdə
sizə kifayət edirmi?
1) Çox az; 2) Az; 3) Orta səviyyədə; 4) Əladır.
Azərbaycanda peşə təhsili müəssisələrinin təhsilalanlar kontekstində qiymətləndirilməsi
Diaqram 3
Liseydə qazanılan kompetensiyalar sayəsində iş tapmaq imkanının təhsilalanlar tərəfindən
dəyərləndirilməsi
Diaqram 4
İxtisas fənlərinin ixtisası əhatə etməsinin təhsilalanlar tərəfindən dəyərləndirilməsi
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 19.4%-i (7 nəfər) “çox az” cavabını,
44.4%-i (16 nəfər) “az”, 25%-i (9 nəfər) “orta
səviyyədə”, 11.2%-i isə (6 nəfər) laboratoriyaların vəziyyətinin əla olduğunu qeyd etmişdir
(diaqram 5).
Sual 6. Təhsil aldığınız peşə təhsili müəssisəsində müasir texnologiyaları (İKT )özündə
cəmləşdirən tədris mühiti təşkil olunurmu?
1) Mən rast gəlməmişəm; 2) Çox az; 3) Orta
səviyyədə; 4) Demək olar ki, hər bir dərsdə.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 27.8%-i (10 nəfər) keçirilən dərslərdə
İKT vasitələrinin istifadə edildiyinə rast gəlmədiyini, 38.9%-i (14 nəfər) “çox az”, 25%-i
(9 nəfər) “orta səviyyədə” cavabını, 8.3%-i isə
(3 nəfər) tədris mühitinin müasir pedaqoji texnologiyaların hər bir dərsdə tətbiq olunduğunu
qeyd etmişdir (diaqram 6).
Sual 7. Kurslararası keçid imtahanlarının
təşkil olmasına razısınızmı?
1) Bəli; 2) Xeyr.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 77.8%-i (28 nəfər) keçid imtahanlarının
təşkil edilməsinə etirazını bildirir, 22.2%-i
(8 nəfər) isə keçid imtahanlarının təşkil edilməsi
ilə razılaşır (diaqram 7).
Sual 8. İxtisasınızla əlaqəli olub-olmamasından
asılı olmayaraq təhsilinizi tamamladıqdan sonra
nə etmək istəyirsiniz?
http://as-journal.edu.az
81
Qadir Qafarov
Diaqram 5
Tədris laboratoriyalarındakı mövcud şəraitin təhsilalanlar tərəfindən dəyərləndirilməsi
Diaqram 6
Tədrisdə müasir texnoloji vasitələrin tətbiqinin təhsilalanlar tərəfindən dəyərləndirilməsi
1) Öz işimi quracam; 2) Dövlət sektorunda
işləmək istəyərdim; 3) Özəl sektorda işləmək
istəyərdim; 4) Ailə işimizi davam etdirmək
istəyərdim (diaqram 8).
Sual 9. İxtisasa dair biliklərinizi təkmilləşdirmək üçün təhsilinizi bakalavriat səviyyəsində
(və ya subbakalavr peşə-ixtisas dərəcəsində)
davam etdirmək istəyərsinizmi?
1) İstəyərdim;
2) Məncə yox (qərarsızam); 3) Xeyr.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 31%-nin (11 nəfər) qəti olaraq təhsilini
davam etdirmək istəyinin olduğu, 47%-nin
(17 nəfər) qərarsız olduğu, 22%-nin (8 nəfər)
isə davam etdirmək fikrində olmadığı müəyyənləşdirilmişdir (diaqram 9).
82
Azərbaycan məktəbi. 2021. №3
Sual 10. Sizcə peşə təhsilində ən vacib problem
hansıdır?
1) Tədris prosesində istifadə olunan vasitələrin və elementlərin əksikliyi/yoxluğu;
2) Tətbiqyönlü dərslərin azlığı;
3) Sinifdə təhsilalanların çox olması;
4) Sənaye ilə qənaətbəxş əlaqələrin olmaması.
Nəticə: Diaqramdan göründüyü kimi, təhsilalanların 19,4%-i (7 nəfər) tədris prosesində
istifadə olunan vasitələrin və elementlərin əksik
olmasını, 38,9%-i (14 nəfər) ixtisas fənlərində
tətbiqi dərslərin olmamasını, 8,3%-i (4 nəfər)
sinifdə təhsilalanların sayının çox olmasını,
33,4%-i (12 nəfər) isə sənaye ilə əlaqələrin
olmamasını peşə təhsilində ən vacib problemlər
kimi düşünür (diaqram 10).
Azərbaycanda peşə təhsili müəssisələrinin təhsilalanlar kontekstində qiymətləndirilməsi
Diaqram 7
Kurslararası keçid imtahanının təşkil edilməsi fikrinin təhsilalanlar tərəfindən dəyərləndirilməsi
Diaqram 8
Təhsilalanların arzu etdikləri iş sahələrinin müəyyənləşdirilməsi
NƏTİCƏ
Texnika və Texnologiyalar üzrə Bakı Peşə
Təhsil Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən 14 nömrəli Bakı Peşə Liseyində təhsil
alanların ixtisaslarına və təhsil aldıqları təhsil
müəssisəsinə dair fikirlərinin qiymətləndirildiyi
bu tədqiqat işində aşağıdakı nəticələrə gəlinmişdir:
• Təhsilalanların 41.7%-nin təhsilə marağının
yaşayış yerinin peşə liseyinə uzaq və ya yaxın
olmasından asılı olmadığını qeyd etməsi göstərir
ki, peşə-ixtisas təhsilinə üz tutanların əksəriyyətinin məqsədi arzu etdikləri ixtisasa yiyələnməkdir. Buna baxmayaraq, ASAN xidmət vasitəsilə aparılan qəbul prosesində sənəd verən
şəxslərin yaşayış ünvanları da nəzərə alınmalıdır;
• Təhsilalanların 64%-i peşə təhsilini tamamladıqdan sonra öz ixtisaslarına dair iş tapmaqda
çətinliklə qarşılaşacaqlarını düşünürlər. Bir
sözlə, onların çoxunu öz ixtisas sahəsinə uyğun
iş tapmaq məsələsi narahat edir. Buna görə də
işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi
və istehsalat təlimlərinin iş yerlərində intensiv
təşkili təhsilalanlarda formalaşan bu fikrin
əksinin sübut olunması üçün vacibdir;
• Təhsilalanların 63,8%-i peşə liseyinin
laboratoriyalarındakı mövcud şəraitin, yəni
maddi texniki baza və texnoloji imkanların
onları qane etmədiyini düşünür. Bu statistik
göstəricilər, ümumiyyətlə, peşə liseylərində
tətbiqi məqsədlər üçün istifadə olunan emalatxanaların və fənn laboratoriyalarının dövrün
http://as-journal.edu.az
83
Qadir Qafarov
Diaqram 9
Təhsilalanlarda təhsilin növbəti pillələri üçün marağın olub-olmamasının müəyyənləşdirilməsi
Diaqram 10
Peşə təhsilində əsas problemlərin müəyyənləşdirilməsi
tələblərinə uyğun hazırlanmasının vacibliyini
sübut edir;
• Təhsilalanların 66,7%-i düşünür ki, ixtisas
fənlərinin tədrisində müasir təlim texnologiyalarından demək olar ki, istifadə edilmir.
Bu problemin həlli məqsədilə peşə təhsili
müəssisələrində işləyən pedaqoji-mühəndis
heyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi
tərəfindən ixtisasartırma kurslarına cəlb olunur.
Lakin kursların geniş miqyaslı tətbiq edilməməsi
səbəbi ilə mövcud problem hələ də həll
olunmayıb. Onlayn tədris prosesinə keçid
dövründə bu məsələ daha aydın hiss olunur;
• Təhsilalanların 78%-də təhsilin növbəti
pillələri üçün marağın olmadığı müəyyən
edilmişdir. Bu problemin aradan qaldırılması
84
Azərbaycan məktəbi. 2021. №3
və elmə həvəsin yaradılması məqsədilə peşə
liseyləri digər ali təhsil müəssisələri ilə əməkdaşlıq etməlidir;
• Liseydaxili kurslararası imtahanların təşkil
edilməsinə etirazını bildirən 77.8% təhsilalanla
sorğu əsasında müəyyən edilmişdir ki, bu onlarda qorxu, həyəcan və inamsızlıq səbəbindən
yaranmışdır. Amma peşə-ixtisas təhsili üzrə
məzun olanlara orta ixtisas, yəni subbakalavr
dərəcəsinin verilməsi kurslararası keçid
imtahanlarının təşkil olmasını zəruri edir.
• Peşə təhsilində əsas problemlərin (və ya
problemin) müəyyənləşdirilməsi məqsədilə ünvanlanan son suala verilən cavablar əsasında
bu qənaətə gəlmək olar ki, tədris prosesində
əsas problem vasitə çatışmazlığıdır. Təhsilalanlar
bu çatışmazlığı istər pedaqoji texnologiyaların
Azərbaycanda peşə təhsili müəssisələrinin təhsilalanlar kontekstində qiymətləndirilməsi
əksikliyi və ya tam tətbiq olunmamasında,
istərsə də ixtisas materialları ilə təchiz edilməyən
fənn laboratoriyalarının mövcud olmasında
görür. Peşə təhsilinin nəticəyönlü və səriştə
əsaslı təhsil imkanını təqdim etməsini əsas
götürsək, ən vacib problem kimi maddi texniki
təchizatın qənaətbəxşliyinin formalaşmasına
fokuslanmaq lazımdır.
Peşə təhsil müəssisələrində oxuyan təhsilalanları stimullaşdırmaq, onlara yeni hədəflər
göstərmək və özlərini inkişaf etdirmək imkanını təmin etmək qarşıya qoyulan vacib istiqamətlərdir. Bu tip pedaqoji statistik tədqiqatların
və müqayisəli analizlərin aparılması təhsil sistemimizdə formalaşan və getdikcə davam edən
boşluqların müəyyənləşdirilməsi və problemin
həll olunmasında əhəmiyyətli rol oynaya bilər.
Təklif: Peşə ixtisaslarına marağın artırılması,
peşə təhsilinin nüfuzunun bərpa edilməsi və
peşə liseylərində (ümumilikdə peşə təhsili
müəssisələri) təhsilin keyfiyyətinin yüksəldilməsi üçün araşdırmaların elmi-pedaqoji əsaslarla
aparılması çox vacibdir. Belə halda buraxılan
səhvləri və gələcəkdə yeni islahatların istiqamətini asanlıqla müəyyən etmək olar. Aparılması
tövsiyə olunan tədqiqat istiqamətlərinə bunları
daxil etmək olar:
• Psixoloji cəhətdən problemli
təhsilalanlarda ixtisasa maraq artıran
amillərin müəyyənləşdirilməsi;
• Təhsilalanların akedemik göstəricilərinin
İKT vasitələrindən asılılığının
qiymətləndirilməsi;
• Modul qruplarda tədris planlarının üçillik
və ikiillik ixtisas planları əsasında
qiymətləndirilməsi;
• İxtisas fənlərinin tədrisində ənənəvi və
interaktiv tədris metodikalarının
təhsilalanların akademik göstəricilərinə
təsirinin qiymətləndirilməsi;
Tədqiqatın kiçik qrup formasında aparılması
əldə olunan nəticələrin dəqiqliyinin tam isbat
olunmasında şübhə yarada bilər. Tövsiyə olunur
ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi
yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin
bu işə təşəbbüs göstərməsi ilə köklü tədqiqatlar
aparılsın. Artıq bu halda əldə olunan nəticələrin
dəqiqliyi yüksək olar.
Məqalənin elmi yeniliyi: İlk dəfə olaraq
peşə təhsilində problemlərin müəyyənləşdirilməsində təhsilalanlar kontekstindən çıxış
edilmiş, onların fikirləri və təhsil müəssisəsindən gözləntilərinə əsaslanaraq tədqiqat
aparılmış və peşə təhsili sistemindəki mövcud
boşluqlar təlsilalanların fikirləri əsasında dəyərləndirilmişdir.
İstifadə edilmiş ədəbiyyat
Müasir təhsilin nəzəri və praktiki problemləri.
(nəşrə haz. İ.H. Cəbrayılov). Bakı “ŞAHİN-MB”,
2016, 250 s.
2
Ağayev, Ş.O., Məmmədova, S.H. (2010). Texnikipeşə təhsili müəssisələrində təlimin təşkilinin
didaktik məsələləri. Bakı, “Nasir” nəşriyyat, 204 s.
3
Əsgərov, R.B., Qurbanov, M.R. (2016). İlkin peşəixtisas təhsili: problemlər və perspektivlər. Bakı,
“ŞAHİN-MB”, 250 s.
4
Gafarov, G. (2021).“The Current State Of
Vocational Education In Azerbaijan: Identifying
Problems. International Journal of Academic
Pedagogical Research (IJAPR) ISSN: 2643-9123
Vol. 5 Issue 8, August, pp: 41-43.
5
http://edu.gov.az/upload/file/serencamaelave/2016/peshe-tehsil-yol-xeritesi.pdf
6
https://edu.gov.az/az/page/418/7329
7
Qafarov, Q.A. (2020). Peşə təhsilində düzgün
təlim strategiyasının müəyyənləşdirilməsi:
anlayış xəritələrinin tətbiqi. Azərbaycan məktəbi,
№ 3 (688), s.79–90.
8
Qafarov, Q.A. (2021). Peşə təhsilində təlim
nəzəriyyələri və müasir yanaşmalar. Elmi
metodik vəsait. Bakı, səh. 113.
9
Qafarov, Q.A., Rzayeva, A.H. (2019). Peşə
təhsilində fizika fənninin müasir tədris
metodikası: PhET simulyasiya platformu.
Azərbaycan məktəbi, № 2, s.117-125.
10
Nəzərov, A.M. (2012). Müasir təlim
texnologiyaları. Dərs vəsaiti. Bakı, ADPU
nəşriyyatı. 103 s.
1
http://as-journal.edu.az
85