Dünyada ən çox İİV/QİÇS daşıyıçısı Cənubi Afrika Respublikasında yaşamaqdadır. Ölkə əhalisinin təxminən 14%-i, yəni 9 milyondan çox insan bu virusun daşıyıçılarıdır.
Ukraynada QİÇS ölkənin əsas problemlərindən biri hesab olunur. 2011-ci ilin məlumatlarına görə Ukraynada 360.000 HİV pozitiv şəxs yaşayır. Ölkədə bəzi gənclər İİV/QİÇS daşıyıçılarına verilən dövlət yardımını ala bilməkdən ötrü özlərini məqsədli şəkildə virusa yoluxdururlar.
Təmas öncəsi profilaktika yüksək yoluxma riski altında olan şəxslər üçün nəzərdə tutulmuş enofovir/emtrisitabin kombinasiyalı həblərdir. Həblərdən istifadə edən şəxslər bir necə saatlıq mümkün yoluxma təhlükəsi ilə qarşılaşdıqda immun sistemləri virusu dəf edə bilir.
Şimali Amerikada və AvropadaİİV/QİÇS-ə mümkün yoluxma hallarının qarşısını almaq məqsədi ilə narkotik vasitə istifadəçilərinin steril edilmiş məkanlarda özlərinə venadaxili narkotik vasitələr vurmaları üçün yaradılmış xüsusi məntəqələr - Təyin olunmuş ineksiya yerləri fəaliyyət göstərir.