Uzaq Şərq beynəlxalq hərbi tribunalı
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Uzaq Şərq beynəlxalq hərbi tribunalı — İkinci dünya müharibəsindən sonra baş tutmuş hərbi tribunal. Tribunalda Yaponiya imperatoru Hirohito və şahzadə Asakadan başqa müharibədə iştirak etmiş bütün yüksək rütbəli yaponlar mühakimə edilmişdir. 1946-cı il 3 may tarixində başlayan tribunal 1948-ci il 12 noyabr tarixinə qədər davam etmiş və çıxarılan qərarlar nəticəsində baş nazir Hideki Toco və bir çox yüksək rütbəli hərbçi edam edilmişdir.
Məhkəmə heyəti
[redaktə | mənbəni redaktə et]Məhkəmədə, İkinci dünya müharibəsində qalib gələn tərəf olan Antihitler koalisiyası tərəfindən müəyyənləşdirilmiş 11 hakim və 12 dövlət ittihamçısı yer almışdır.
Hakimlər
[redaktə | mənbəni redaktə et]Ölkə | Hakim | Qeyd |
---|---|---|
Vilyam Veb | Avstraliya Ali Məhkəməsinin hakimi (heyətin rəhbəri) | |
Edvard Stüart Makduqal | Keçmiş hakim | |
Mei Ju-ao | ||
Henri Bernard | Fransa Ali Hərbi Tribunalının hakimi | |
Radhabinod Pal | Kəlküttə Universitetinin Hüquq faklütəsinin dosenti. | |
Bert Rölinq | Utrext Universitetində hüquq üzrə professor. | |
Harvey Nortkroft | Hərbi hakim | |
Delfin Jaranilla | Ali məhkəmənin üzvü və hakim | |
Lord Patrik | Hakim | |
Con Higgins | Massaçusets ştatı Ali Məhkəməsinin hakimi | |
Mayron Kramer | ||
I. M. Zarayanov | Ali məhkəmənin üzvü |