Polşa Xalq Respublikası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Polşa Xalq Respublikası
Polska Rzeczpospolita Ludowa
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Himn: Mazurek Dąbrowskiego
Polşa hələ ölməyib
 
 

Paytaxt Varşava
Dilləri polyak dili
Rəsmi dilləri Polyak dili
Valyuta Polşa zlotı
Ərazisi 312.685
Əhalisi 23930.000
İdarəetmə forması Demokratik Respublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Polşa Xalq Respublikası (pol. Polska Rzeczpospolita Ludowa) — Qərbi Avropada yerləşən monolit slavyan dövlətidir. Ərazisi 312.679 km², əhalisi 38 milyondur. Sərhədləri: quzeydə - Baltik dəniz və Kalininqrad şəhəri (Königsberg) , qərbdə - katolik Litva (2.8 milyon) və ortodoks Belarus (9.5 milyon), güney-doğuda - ortodoks Ukraina (42 milyon), güney-batıda - katolik Çexiya (10 milyon) və katolik Slovakiya (5.4 milyon), quzey-batıda - katolik Almaniya (82 milyon). "Pole" slav dillərində "çəmən", "polyane" - "çəmən insanları" anlamına gəlir. Polşa 2004-cü ildən bəri Avropa Birliyinə daxil olsa da avronu qəbul etmir, öz milli valyutaları olan zloty-nı istifadə etməyə davam edirlər. Qorxurlar ki, avronun qəbulu iqtisadiyyatlarını bir az da çökdürə bilər.

Milli azlıqlar (tatarlar, yəhudilər, almanlar və slav azlıqları) çox cuzi saydadır və çoxdan assimilə olublar. Deyilənə görə, ərəb və alman dillərindən fərqli olaraq, polyak dilində "anlaşılmayan dialektlər" yoxdur, yalnız əsas dildən çox cuzi fərqlənən ağızlar ("qovor") var. Bunun səbəbini Avropa xalqlarının tarixboyu bir birilə daim savaş içində olmaları, polyaklarınsa ən çox almanlar və ruslarla savaşmalarında görürlər. Ən çox isə beyinlərində almanlarla olan savaşlar qalıb. Holokostda yalnız yəhudilər deyil, başqa xalqların da həlak olduğunu deyirlər. Almaniyada polyaklar çoxdur, əsas pul qazanmağa görə gələrlər, tarixdən, siyasətdən heç danışmazlar və tez müddətdə germanlaşarlar. Yenə öz dediklərinə görə, Polşa polyakları daha millətçi olurlarmış. Almaniyanın Şərqində bəzi şəhərləri keçmiş polyak şəhərləri sayırlar: Leipzig (Lipska), Dresden (Drježdźany). Bir də Ukrayna və Belarus dövlətlərinin əski polyak torpaqlarında yarandığını da deyirlər.

Katolikdirlər və latın qrafikasıyla yazırlar, çünki katolikliyi romadan qəbul ediblər. Xristianlaşma X əsrdə başlayıb, XIV-XV əsrdə bitibmiş. Polyakların xristianlaşması I Meşko (960-992) adlı bir knyazın adı ilə bağlayırlar.

Polşa tarixində önəmli yeri Reç Pospolita (1569-1795) adlı Polyak Krallığı və Böyük Litva Knyazlığının birləşməsi sonucu meydana gələn federativ birlik tutur. Reç Pospolita (latınca "Res Publica" - ümumi iş / şey - ifadəsinin təhrif olunmuş biçimi) Yagellonlar dövlətinin davamı idi. Osmanlı ilə çox savaşırdılar, bu savaşlarda türkdilli tatarlardan istifadə edirdilər. Səbəb isə türk xalqlarının dünya tarixində yeganə atlı xalq olmaları və slavların piyada olmaları idi. Atlı xalq olan Osmanlılara yalnız başqa atlı türk xalqı güc gələ bilərdi. Məhz bu hərbi asılılığa görə Reç Pospolita Qərbi Avropa dövlətləri içində müsəlman və yəhudi saxlayan yeganə dövlət idi. Tatarlar orada 3 dini təriqətə qulluq edirdilər: islam, yəhudilik (karaimlər) və qriroryan-xristianlıq (türkdilli polyak erməniləri).

Osmanlılar və tatarlar polyakların geyim modasına və memarlığına təsir edirlər. O stilə "sarmat stili" deyilir. Polyak zadəganları Şlyaxta özlərini sarmatların torunları hesab edirdilər. "Şlyaxta" sözü alman dilində "schlachten" (heyvan kəsmək) kimi, polyak dilində isə 2 anlama gəlir (1. soy, şəcərə; 2. heyvan kəsmək). Ruslarda olan krepostnoe pravoya oxşar fenomen polyaklarda da olub. Kəndlilər şlyaxtaya aid idilər, ancaq münasibətləri yaxşı olubmuş. Torpaqdan, heyvandan gələn gəlirləri yarı-yarı bölürmüşlər. Şlyaxta savaşmağı və katolikliyi yaymağı özünə müqəddəs vəzifə hesab edirdi və Rusiya torpaqlarını "geri alıb" oralarda katolik təriqəti yaymaq istəyirdi.

XVII əsrdə sarmatizm ideyaları Ukrayna kazaklarına da keçir. XVIII əsrdə "sarmatizm" sözü Polşada mənfi anlam (cahillik, kobudluq) daşıyır. SSRİ dağılandan sonra isə yenidən müsbət anlam alaraq, "neosarmatizm" şəklində polyakların içində vətənsevərlik duyğularını artırmaq üçün kullanılır.

II Dünya Savaşı sonrası Polşa 36 il ərzində Varşava paktının üzvü olur. Bu anlaşma Qərbi Almaniyanın NATOya birləşməsinin cavabı olaraq SSRİ və 7 digər ölkə arasında imzalanır (Şərqi Almaniya, Rumıniya, Polşa, Bolqarıstan, Çexoslovakiya, Macarıstan, Albaniya).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]