Santo-Dominqo (isp. Santo Domingo de Guzmán) — Dominikan Respublikasının paytaxtı, onun mədəni və iqtisadi mərkəzi. 1502-ci ildə Yeni İzabella adı ilə əsası qoyulub, (isp. La Nueva Isabela), 1936-1961-ci illərdə adı Syudad-Truxilyo (isp. Ciudad Trujillo) idi.
Şəhərin əhalisi 2 200 000 nəfərdir. Əhalinin 70%-i mulatlar, 10%-i zəncilər, qalanları avropalılardır. Avropalılar cəmiyyətin yuxarı təbəqə insanlarıdır. Dövlət dili ispan dilidir. Dindarların 95%-i katoliklərdir.