|
Bu məqalə Salyan şəhəri haqqındadır. Salyan rayonu üçün Salyan rayonu səhifəsinə baxın.
|
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır.[2]
Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır.[3]
Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi.
Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.[4]
1729–1782-ci illərdə Salyan sultanlığının paytaxtı olub.
1799-cu ildə Şamaxı xanı Mustafa xan Salyanı ələ keçirdi və ona naib təyin etdi.[5]
1916-cı ildən Salyan Bakı quberniyasının Cavad qəzası inzibati mərkəzi olmuşdur. 1916-cı ildə ona şəhər statusu verilmişdir.[6]
1929–1930-cu illərdə — Muğan dairəsinin mərkəzi, 1930-cu ildən Salyan şəhəri Salyan rayonunun inzibati mərkəzidir.
-
Məhəmmədəli Hüseynzadə, Azərbaycan dini xadimi
-
Əhməd Hüseynzadə, Azərbaycan dini xadimi
-
Əli bəy Hüseynzadə, Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi
-
Əsədulla bəy Muradxanov, Azərbaycan ictimai-siyasi xadimi
-
Şirin Axundov, Azərbaycan tarzəni
-
Qəhrəman Süleymanzadə, Azərbaycan dövlət xadimi
-
Ənvər Qasımzadə, Azərbaycan memarı
-
Əli Zeynalov, Azərbaycan aktyoru
-
Ağacavad Əlizadə, Azərbaycan şairi
-
Qulu Əsgərov, Azərbaycan müğənnisi
-
Xəlil Rza Ulutürk, Azərbaycan şairi
-
Mailə Muradxanlı, Azərbaycan dramaturqu
-
Rail Rzayev, Azərbaycan dövlət xadimi
-
Aslan İlyasov, Azərbaycan qarmonçusu
-
Həsənağa Sadıqov, Azərbaycan musiqiçisi
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|
|
---|
Muxtar respublika | |
---|
Rayonlar | |
---|
Respublika tabeli şəhərlər | |
---|
Muxtar Respublika tabeli şəhərlər | |
---|
Rayon tabeliyində olan şəhərlər | |
---|
Digər | |
---|
|