Malta arxipelaqı — Aralıq dənizinin mərkəzində yerləşən elə də böyük olmayan arxipelaq. Siciliya adasından 93 km cənubda, Tunisdən isə 288 km aralıda yerləşir.
Malta arxipelaqının ümumi sahəsi 316 km²-dir. adalar içməli su baxımından klasıbdır. Adalar Malta dövlətinə məxsusdur. Malta heç bir ölkə ilə quru sərhədinə malik deyildir. Şimaldan Siçiliya adasından Malta boğazı iilə ayrılır. Arxipelaqa 3 yaşayışı olan ada daxildir: Malta, Qozo və Komino. Digər adalar isə əsasən iri qaya parçaları olduğundan onlarda yaşauış yioxdur.
Adalar son buz dövründə Afrika ilə Avrasiya materikləri arasında quru yol üzərində olmuşdur[1]. Arxipelaq Malta platosu üzərində yerləşir. Arxipelaqın yerləşdiyoi rayondan Avrasiya və Afrika litosfer tavalarının sərhəddi keçir[2][3].
Geoloji baxımından adalar əhəng daşından təşkil olunmuşdur. Ən hündür nöqtəsi Ta-Dmeyrek (253 m) dağıdır. irvə Malta dasının cənub-qərbində yerləşir[4]. Gil və qumlaq sahələrə malikdir. relyefi əsasən düzəndir. Adalar küləyin təsiririnə məruz qalırlar[5].
İqlimi subtropidir. Temperatur qışda +12 — +13 °С , yayda isə +25 — +26 °C arasında dəyişir. İl ərzində 553.3 mm yağıntı düşür. Yağıntılar sentyabr-mart ayları arası düşür[6].
Qozo və Malta adaları ərazisinin böyük hissəsini yaşayış məntəqələri tutur. Digər adalar isə qorunur. Burada kifayət qədər endemik növlərə rast gəlinir.