Məsdər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Məsdər — həm felin, həm də ismin xüsusiyyətlərini özündə daşıyan sözlər. Nə etmək?, Nə olmaq? suallarından birinə cavab verir. Məsdər feillərə -maq2 bəzən də -ma2 şəkilçisini artırmaqla düzəlir. Sonuncu hecasında qalın sait olan fellərə -maq, incə sait olan fellərə isə -mək şəkilçisi əlavə edilir. Məsələn, yaz-maq, eşit-mək. Lüğətlərdə feillər məsdər formasında yazılır.

Məsdərin feilə aid xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Feil və ondan əmələ gələn məsdər eyni leksik məna bildirir. Məsələn, götür və götürmək sözlərinin leksik mənaları arasında fərq yoxdur, amma qrammatik mənaları müxtəlifdir.
  • Məsdər təsdiq və inkarda işlənə bilir. Məsələn, təmizləmək və təmizləməmək.
  • Məsdər də feilin müəyyən növündə olur. Məsələn, görüş — görüşmək. Hər ikisi də qarşılıq bildirir.
  • Məsdər də təsirli və ya təsirsiz olur. Məsələn: oxumaq -təsirli, yerimək — təsirsiz.
  • Məsdər də feil kimi ətrafına söz toplayaraq məsdər tərkibi əmələ gətirir. Məsdər tərkibi bütövlükdə cümlənin mürəkkəb üzvü olur.

Məsdərin ismə aid xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Məsdər isim kimi hallanır və mənsubiyyətə görə dəyişir. 3-cü şəxsdə məsdər mənsubiyyətə görə dəyişərkən, bəzən -maq2 şəkilçisi -ma2 şəklinə düşür. Məsələn, quşların oxumağı və quşların oxuması.
  • Məsdər isim kimi nə? sualına cavab verir.
  • Qoşmalarla işlənə bilir. Məsələn, dırmanmaq üçün, yeməkdən qabaq.
  • 3-cü şəxsdə xəbər şəkilçisi (-dır4) qəbul edib ismi xəbər olur (feili xəbər ola bilmir).

Məsdərin cümlədə rolu

[redaktə | mənbəni redaktə et]

Məsdər cümlədə mübtəda, xəbər, tamamlıq, zərflik və bəzən qoşmalarla birlikdə işləndikdə təyin vəzifəsində çıxış edir.

  • Ş. Sadıq, E. Nəcəfov, A. Əsədov — Azərbaycan dili, dərs vəsaiti. Bakı: Çaşıoğlu, 2009. — 272 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]