Həyat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Təbiətdəki bütün canlılar bir-birilə qarşılıqlı təsir içindədirlər.

Həyatbioloji baxımdan, kimyəvi reaksiyalar və ya bir təkamül ilə nəticələnən başqa hadisələr kimi bəzi bioloji proseslər göstərən orqanizmlərin xüsusiyyəti. Üzvi birləşmələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir. Bəzi canlılar bir-birilə ünsiyyət və ya əlaqə qura bilir və bir çox canlı daxili dəyişikliklər keçirərək ətraf mühitə uyğunluq göstərə bilirlər.[1] Həyatı bir başqa deyişlə izah edəsi olsaq, canlılıq xarakteri daşıyan varlıqların hamısının yaşadıqları müddət ərzində qazandıqları təcrübə və yaşayışlarının toplusudur. Həyatın fiziki bir xüsusiyyəti neqativ entropiya prinsipinə tabe olmasıdır.[2][3]

Həyat anlayışları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Biologiya

Biologiya canlıları tədqiq edən bir elm sahəsidir. Bioloqlar, bütün canlıları bütün planeti əhatə edən qlobal miqyasdan, hüceyrəmolekulları, mikroskopik ölçüyə qədər olan canlılara təsir edən mühüm dinamik hadisələrlə birlikdə araşdıran, biologiya elmi ilə məşğul olan insanlardır. Bir çox prosesi özündə saxlayan həyatı proseslərdən bəziləri: Enerjimaddənin işlənməsi, bədəni təşkil edən maddənin işlənməsi, yaraların sağalması və bütün orqanizmlərin çoxalmasıdır.

Həyatın sirləri, tarixdəki bütün insanlara təsir etdiyindən; İnsanın fiziki quruluşu, bitkilər və heyvanlar haqqındakı araşdırmalar bütün cəmiyyətlərin tarixlərində yer tapır. Bu qədər marağın bir hissəsi, insanların həyata hökm etmə və təbii qaynaqları istifadə etmək istəyindən gəlir. Sualların arxasınca qaçmaq, insanlara, orqanizmlərin quruluşları haqqında məlumat verdi və həyat standartları, zamanla yüksəldi. Marağın digər bir qismi isə, təbiəti idarə etmək istəyindən çox, onu anlamaq istəyindən gəlir. Bu tədqiqatların irəlilədilməsi, bizim Dünya haqqındakı fikirlərimizi dəyişdirmişdir.

Həmçinin baxː Fəlsəfə

Canlıların içərisində həyat abstraksiyasını və öz həyatını mənalaşdırmağa çalışan yeganə növün homo sapiens olduğu qəbul edilir. Günümüzə qədər bir çox filosof həyatı müxtəlif baxış bucaqları ilə təyin etməyə, açıqlamağa çalışmışdır. Həyatın mənası üzərində bir çox mübahisə davam etdirilmişdir. Məsələn, spiritualistlərə görə həyatın məqsədi ruhi təkamüldür. Bununla yanaşı, bəzilərinə görə həyatın bir mənası olması lazım olduğu, şübhəlidir.

Həyatın başlanğıcı (mənbəyi) ilə bağlı fikirlər

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Abiogenez

Aristotel canlının cansız maddələrdən öz-özünə əmələ gəldiyinə inanırdı. Bu fikrə əsasən mayalanmış yumurtada, qum dənəciklərinə, palçıqda, havada qısaca hər yerdə canlılığı və müxtəlifliyi təmin edən fəal doğma (aktiv prinsip) idi. Bu aktiv doğma hava ilə qarşılıqlı əlaqəyə girərək uyğun şərtlərdə canlını meydana gətirirdi. Yəni canlı, cansız maddələrdən birdən-birə, hər an meydana gələ bilirdi. İlk canlı sadə və ya mürəkkəb quruluşlu ola bilirdi.

  • Cansız maddə + fəal doğma + Hava Canlı (Sadə və ya Mürəkkəb)

Təbiət elmlərində abiogenez, həyatın mənşəyi sualı, yer üzündə həyatın canlı olmayandan necə inkişaf edə bildiyinin araşdırılmasıdır. Elmi razılaşmalara görə abiogenez 4,4 milyard il əvvəl ilə 2,7 milyard il arasında meydana gəlmişdir. Bu zaman aralığının əvvəli olan 4,4 milyard il, su buxarının mayeləşməsi zamandır[4] 2,7 milyard il əvvəl isə, sabit karbon (12C13C ), dəmir (56Fe, 57Fe, ve 58Fe) və kükürd (32S, 33S, 34S, və 36S) izotop nisbətlərinin mineral və çöküntülərin bioloji mənşəli olduğuna, bioloji göstəricilərin isə fotosintezə[5] işarə etdiyi zamandır. Bu mövzu eyni zamanda, Böyük Partlayışdan[6] bəri kainatın 13,7 milyard illik inkişafı zamanı baş vermiş ola biləcəyi düşünülən, günəş sistemi və ya Dünya xaricindən həyatın qaynaqlandığını irəli sürən panspermiya və xarici mənbəli (eksogen) nəzəriyyələrini də əhatə edir.

Həyatın mənşəyi tədqiqatları, biologiya və insanın təbii Dünyanı anlaması üzərində çox böyük təsiri olmasına baxmayaraq məhdud bir tədqiqat sahəsidir. Bu sahədəki irəliləyişlər, araşdırılan problemin əhəmiyyəti səbəbindən bir çox insanın diqqətini çəksə də adətən yavaş və aralıqlıdır. Təklif edilən bir çox nəzəriyyə içində dəmir-kükürd nəzəriyyəsi (əvvəl metabolizm) və RNT Dünyası Fərziyyəsi (əvvəl genlər) ən çox rəğbət görənlərdir.[7]

border=none Əsas məqalə: Biogenez

Biogenez, başqa həyat formaları doğuran həyat tərzi fəaliyyətidir. Məsələn, bir hörümçək yumurtlayaraq başqa bir hörümçək əmələ gətirir.

Termin eyni zamanda, həyatın uyğun şərtlər altında canlı olmayandan çoxalacağını, hələ bu şərtlər bir bilinməz olaraq qalsa da, bu düşüncəni müdafiə edən abiogenez, ehtimalın əksinə bir canlı maddənin yalnız canlı bir maddədən çoxalacağını iddia edən edən üçün də istifadə edilir.

Panspermiya hipotezi
border=none Əsas məqalə: Panspermiya

Bu fikrə əsasən ilk canlı dünya xaricində, yəni başqa bir planetdə yaranmışdır. Daha sonra bu canlıların spor ya da toxumları meteorlar ilə dünyaya daşınmış və həyat başlamışdır. Bu hipotez həyatın kosmosda necə başladığı və kosmosda başlayan həyatın yerə çatana qədər kosmosdakı canlı həyatı üçün zərərli olan şərtlərdən təsirlənmədən necə dünyaya gəldiyi məsələlərinə aydınlıq gətirə bilmir.

Avtotrof düşüncə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Avtotrof düşüncə

Bu düşüncəyə görə, ilk canlı öz qidasını istehsal edən avtotrof bir canlıdır. Bunlardan da digər canlılar meydana gəlmişdir. Avtotrofların quruluşu və enerji ehtiyacları üçün fotosintez və ya kemosintez yolu ilə inorqanik qeyri-üzvi maddələrdən orqanik qeyri-üzvi maddələr istehsal edirlər. Buna görə avtotroflar inkişaf etmiş canlılardır. İnkişaf etmiş ferment sistemləri olması lazımdır. Ancaq bu hal təkamül nəzəriyyəsinə tərsdir.

Heteretrof düşüncə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Heteretrof düşüncə
border=none Əsas məqalələr: TəkamülTəkamül nəzəriyyəsi

Heteretrof düşüncə, abiogenez fərziyyəsinin daha da inkişaf etdirilmiş bir törəməsi olub, təkamül nəzəriyyəsinin kökünü aldığı fərziyyədir. Bu fərziyyə ilk canlının cansız maddələrdən uzun müddət davam edən kimyəvi təkamül sonrasında xüsusi ətraf mühitdə yarandığını və öz qidasını özünü edə bilməyən sadə bir canlı olduğunu irəli sürür. İlk canlı, enerji ehtiyaclarını ödəmək üçün lazımlı üzvi molekulları xarici mühitdən hazır alan, istehlakçı bir canlıdır.

Heteretrof düşüncəyə görə, ilk canlı yaranmadan öncə milyardlarla il davam edən kimyəvi təkamül olmuşdur. Bunu bioloji təkamül olan canlıların əmələ gəlməsi və dəyişikliyi dövrü izləmişdir.

Heteretrof düşüncəsi təkamül nəzəriyyəsinə uyğundur. Təkamül nəzəriyyəsinə görə, zülalların bir hissəsi ferment olaraq iş görmüş və meydana gələn fermentlər digər molekulların meydana gəlməsini sürətləndirmişdir. Bu şəraitdə yaranan nuklein turşuları, zülallar ilə qruplar yaradaraq atomzülalları yaratmışdır. Atomzülallarda əvvəl koaservat adı verilən ön hüceyrələrə, sonra da öz surətlərini çıxara bilən sadə canlılara çevrilmişdirlər. Heteretroflardan otoroflar inkişaf etmişdir. Fotosintez nəticəsində atmosferdə oksigenin yığılıb qalması ilə hüceyrəli tənəffüs edən canlılar yaranmışdır.

Orqanizm yaranmadan əvvəl qeyri-üzvi birləşmələrdən, üzvi birləşmələr təkamül keçirmişdir. İlk atmosferdə sərbəst oksigen qazı yox idi. Oksigen, su və digər oksidlərə asılı vəziyyətdə idi. Orqanizmlər enerjini üzvi maddələrdən oksigensiz tənəffüs (Fermantasiya) edərək əldə etmişdirlər. Bugünkü atmosferdə %78 azot, %21 oksigen, %1 müxtəlif qazlar mövcuddur.

Koaservat, ionlaşan zülal və ya zülala bənzəyən maddələrin su molekullarını çəkərək xarici mühitdən bir güclə ayrılmaları nəticəsində yaranan qruplardır. Ehtimal ki, ilk canlı koaservatlardan yaranmışdır.

Bu fərziyyəni dəstəkləmək üçün Millərin apardığı təcrübə nəticəsində mühitə qoyulan ammonyak, metan, hidrogensu molekullarından, elektrik ilə; amin turşusu, karbamid, sirkə turşusu, laktikasit kimi üzvi maddələrin əmələ gəldiyini laboratoriya şəraitində görmüşdür. Bu təcrübə ilk canlı necə yarandığı sualına cavab vermir; ancaq canlı yaranmadan öncə qeyri-üzvi maddələrdən üzvi maddələrin necə yarandığına cavab verir.

border=none Əsas məqalə: Kreatsionizm

Kreatsionizm, bəşəriyyətin, həyatın və kainatın varlığını əvvəlcədən qəbul edilmiş fövqəltəbii bir qüvvə tərəfindən yoxdan gətirildiyi bir inancdır. Yaradıcı güc tarix boyunca müxtəlif şəkillərdə adlandırılmışdır. Kainatın və insanın Yehova, Tanrı və ya Allah tərəfindən yaradılışından Tanaxda, Köhnə Əhdi-ƏtiqdəQuranda bəhs edilir.

Əhdi-Ətiq demək olar ki Tanaxla eyni olduğu üçün Xristianlıqdakı və Yəhudilikdəki yaradılış anlayışı eynidir. Tanax və Əhdi-Ətiqdə yaradılışdan "Digər" (Yaradılış) hissəsində bəhs edilir.

Kreatsionizm termini "tanrılı təkamül" inancında kreatsionizm anlayışı ilə qarışıqlıq baş verməməsi üçün bəzən dini yaradılış və ya kitabi yaradılış olaraq da bəhs edilir. Bu maddə çərçivəsində yaradılış sözü "müəyyən bir fövqəltəbii aksiya nəticəsi yaradılış"ı ifadə etmək üçün istifadə ediləcəkdir. Kreatsionizm termini adətən əleyhdarları tərəfindən istifadə edilir.

Ağıllı dizayn

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Ağıllı dizayn

Ağıllı dizayn (AD) (İng: Intelligent design), kainatın və içərisindəki canlıların təbii seçmə kimi müasir elmin qəbul etdiyi proseslərlə əmələ gəlməyəcəyini, bu səbəblə ağıllı və şüurlu bir varlıq tərəfindən dizayn edildiyini iddia edən bir fikirdir. Ağıllı dizayn iddiası, elm dairələri tərəfindən yeni kreatsionizm (İng: New creationism) olaraq anılmaqdadır.[8][9]

Həyatın təsnifatı

[redaktə | mənbəni redaktə et]
Elmi təsnifatın müxtəlif səviyyələri.NövCinsFəsiləDəstəSinifTipAləmDomainHəyat
Elmi təsnifatın müxtəlif səviyyələri.

Bioloji təsnifatın əsas səkkiz taksonomik kateqoriyası. Aralıq kateqoryalar göstərilməmişdir.
border=none Əsas məqalə: Bioloji təsnifat

Elmi təsnifat və ya bioloji təsnifat bioloqların yaşayan və ya nəsli kəsilmiş canlılara aid növləri necə qruplaşdıracaqlarına və ya təsnifatlaşdırılacaqlarına dair elmi əsasları üzə çıxarır. Müasir təsnifat, Karl Linney, növlərin fiziki xüsusiyyətlərinə görə təsnifatı sistemini əsas götürür. Bu təsnifat Linneydən bəri Darvinist prinsipin ümumi normaları işığında bir çox tənzimləməyə məruz qalmışdır. Molekulyar təsnifatın, istifadə etdiyi DNT analizi üsulu ilə bu təsnifatın bir çox prinsipi də dəyişmişdir və dəyişməyə davam edir. Elmi təsnifat bir elm olaraq taksonomiya və ya sistematik ilə əlaqəlidir.

Yerdənkənar həyat

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Yerdənkənar həyat

Planetimizin xaricindəki göy cisimlərində həyatın mövcud olub-olmadığı astrobiologiya elminin mövzusu daxilindədir və varlığı hələ də hipotetikdir. Hələ planetimizin xaricində hər hansı bir göy cismində elm dairələr tərəfindən qəbul edilmiş, həyatın var olmasına dair sübut tapılmamışdır. Dünya xaricində həyatın başlanğıcına dair müxtəlif proqnozlar var. Bir nəzəriyyəyə görə həyat kainatın müxtəlif yerlərində ayrı-ayrı ortaya çıxmışdır. Digər bir nəzəriyyə isə panspermiyadır, buna görə həyat kainatda bir nöqtədə bir dəfə ortaya çıxmış və həyata uyğun planetlərə yayılmışdır. Sözü edilən yerdənkənar həyat formaları bakterial formaların sadəliyindən insan kimi ağıllı varlıqların mürəkkəbliyinə qədər hər səviyyədə ola bilər.

Həyatın sona çatması

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Ölüm

Ölüm, bir canlı varlığın (insan, heyvanbitkinin) həyatı fəaliyyətlərinin qəti olaraq başa çatmasıdır. Canlı varlıqların hər hansı bir toxumasının canlılığını itirməsinə də ölüm deyilir. Canlının ölümündən bəhs etmək üçün, həyatı fəaliyyətlərin bir daha geri gəlməmək üzrə sona çatması şərtdir. Belə ki, boğulma, donma, zəhərlənmə təhlükəsi keçirən və ürəyi dayanan insanlarda süni tənəffüs və ürək masajı aparılaraq, dayanmış kimi görünən tənəffüs və qan dövranı funksiyalarının yenidən açılması bir neçə dəfə mümkün olur. Elə isə ürək və tənəffüsün bir müddət dayanması ölüm demək deyil.

Nəsilin kəsilməsi

[redaktə | mənbəni redaktə et]
Dinozavr fosili
border=none Əsas məqalə: Nəsil kəsilməsi

Nəsilin kəsilməsi, biologiyadaekologiyada, bir növün və ya cinsin varlığının sona çatması, biosferin azalmasıdır.

border=none Əsas məqalə: Fosil

Fosil, hava ilə təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq, ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəl canlı həyat haqqında məlumat verir. Fosilləri və fosilləşməni araşdıran elm sahəsinə paleontologiya adı verilir. Latınca fodare, qazmaq sözündən törəmişdir; Sözün mənası "qazıntı nəticəsində torpaqdan çıxarılmış cisim" ikən, elmi mənası "canlıların daşlaşmış qalıqları"dır. Çöküntü içindəki qalıqlardır; maqmatik strukturlarda mövcud deyillər.

  1. "Organism". Chambers 21st Century Dictionary (online ed.) 1999.
  2. Schrödinger, Erwin (1944). What is Life? Cambridge University Press
  3. Margulis, Lynn; Sagan, Dorion (1995). What is Life? University of California Press.
  4. Wilde, Simon A.; et al. (2001). "Evidence from detrital zircons for the existence of continental crust and oceans on the Earth 4.4 Gyr ago". Nature 409: 175–178. DOI:10.1038/35051550 Arxivləşdirilib 2018-02-21 at the Wayback Machine.
  5. "geology.geoscienceworld.org/cgi/content/abstract/34/3/153". 28 sentyabr 2011-ci il tarixində mənbəyindən Arxivləşdirilib 2011-10-11 at the Wayback Machine arxivlənib. Giriş tarixi: 2007-07-10.
  6. "map.gsfc.nasa.gov/m_mm/mr_age.html" 5 Aprel 2016 tarixində mənbəyindən arxivlənib. Giriş tarixiː 2007-07-10.
  7. Chapter 6, last section in Alberts B, Johnson A, Lewis J, Raff M, Roberts K and Walter P, Molecular Biology of the Cell, 4th Edition, Routledge, March, 2002,
  8. "David Sloan Wilson, NY Times (8 Nisan 2007)". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.
  9. "Yeni Kreatsionizm: Bioloji Hücum Altında, Barbara Ehrenreich və Janet Makintoş". 2011-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]