Astrologiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zodiak bürcləri və insan orqanları arasındakı əlaqəni göstərən XV əsrə aid şəkil

Astrologiya (yun. ἄστρον - "ulduz", "bürc" və yun. λογία - "elm" sözündən) və ya nücum elmi[1] — göy cisimləri, onların hərəkətləri ilə Yerdəki insanların xarakterləri, sosial əlaqələri və s. arasında əlaqəni hesablayan, təxmin edən və sistemləşdirən ənənə və təlimlərin bütünlükdə adıdır.

Müasir dövrdən əvvəlki zamanlarda astrologiya ilə astronomiya tez-tez qarışdırılırdı. Astrologiya demək olar ki, astronomiya ilə birlikdə inkişaf etmişdir. Böyük astroloqlar həm də dövrlərinin böyuk astronomları idilər. Astrologiya Şərqdə "ilmi-nücum", "ulduz falı" və başqa adlarla adlandırılmışdır. Akademik mətbuatda astrologiya elm sayılmır, ona daha çox fal və batil inanc kimi baxılır. Buna baxmayaraq insanların böyük bir hissəsi ona inanmaqda davam edir. Bəzi astroloqlara görə astrologiya əsla fal demək deyildir. Çünki astrologiya da başqa elmlər kimi hesablamalara, müşahidələr əsasında mühakimələrə əsaslanır.

  1. Нүҹум елми // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 313.