Armin Laşet (alm. Armin Laschet; 18 fevral 1961[5][1][…], Aaxen, Şimali Reyn-Vestfaliya[3][4]) — Almaniya siyasətçisi, 16 yanvar 2021-ci il tarixindən Almaniya Xristian Demokrat İttifaqının sədri[6][7][8][9][10], Şimali Reyn-Vestfaliya torpağının baş naziri (2017-ci ildən).
18 yaşında Armin Laşet Almaniya Xristian Demokrat İttifaqına üzv olur. 1981-ci ildə doğma şəhəri Axendə orta məktəbi bitirərək Münhen və Bonn universitetlərində hüquq elmini öyrənir. 1986-cı ildə mətbuatda fəaliyyətə başlayır. Bavariya televiziyası Bayerisches Fernsehen xəbərlər redaksiyasının Bonn müxbiri olur. 1987-ci ildə Laşet ilk dövlət hüquq imtahanını verir. Dörd ildən sonra o KirchenZeitung Aachen qəzetinin baş redaktoru olur, 1995-ci ildən 1999-cu ilədək Einhard-Verlag nəşriyyatına rəhbərlik edir[11].
Armin Laşet Rusiyadan Almaniyaya gələn təhdidlərin aydın şəkildə ifadə olunmasının geniş əməkdaşlıq perspektivlərini istisna etmədiyini bildirmişdir. "Deutsche Welle" (DW) nəşrinə verdiyi müsahibədə o, Almaniyanın Rusiya siyasətinin ümumi Avropanın Rusiya siyasətinin bir tərkib hissəsi olduğunu açıq şəkildə ifadə etmişdir. "Şimal axını 2" qaz boru kəməri layihəsi ilə əlaqədar olaraq, Laşet bu layihənin Rusiya ilə ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinə töhfə verəcəyinə inandığını qeyd etmişdir. Həmçinin, Laşet bu layihənin Ukrayna üçün geosiyasi problemlərə səbəb olmayacağını da açıq şəkildə vurğulamışdır. Ümumiyyətlə, Laşet sələfi kansler Angela Merkelin hazırladığı "Təzyiq üstəgəl Dialoq" ikili strategiyasına sadiqdir.[12]
Laşet əlavə olaraq, Rusiya və Çinlə dialoq və qarşılıqlı faydalı əməkdaşlıq siyasətinə sadiq qalmağa, Aİ və NATO-nun digər üzvlərini yeni bir "Soyuq müharibə" məntiqindən əl çəkməyə çağırmışdır. Bundan əlavə, o, təcavüzkar ritorikadan istifadə edərək insan hüquqları ilə bağlı məsələləri ictimaiyyət qarşısında həll etməyi deyil, dövlət rəhbərlərini təkbətək müzakirə masasına daşımağı təklif etmişdir.[12]