Ceyhun Xəlilov
Ceyhun Xəlilov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 sentyabr 2001(2001-09-22) |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 2020(2020-09-28) (19 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Suqovuşan |
Təltifləri | 2020 2020 2020 2020 |
Ceyhun Azər oğlu Xəlilov (22 sentyabr 2001, Padarqışlaq, Ağsu rayonu – 28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Mündəricat
Həyatı
[redaktə | mənbəni redaktə et]Ceyhun Xəlilov 22 sentyabr 2001-ci il tarixdə Azərbaycanın Ağsu rayonunun Padarqışlaq kəndində anadan olmuşdur.[1]
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]Ceyhun Xəlilov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Xəlilov növbəti gün Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuşdur.[1][2]
İrsi
[redaktə | mənbəni redaktə et]18 may 2021-ci il tarixində Xəlilovun anadan olduğu Padarqışlaq kəndində onun adına tikilən bulağın açılışı olmuşdur. Açılış mərasimində rayonun rəhbər şəxsləri və kənd sakinləri iştirak etmişdir. Bulağın açılış mərasimdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının I müavini Füzuli Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanov və başqaları çıxış etmişdir.[3]
Təltifləri
[redaktə | mənbəni redaktə et]- 2020 (15 dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
- 2020 (18 dekabr 2020) — "İgidliyə görə" medalı (ölümündən sonra)[5]
- (29 dekabr 2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[6]
- 2020 (29 dekabr 2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Xəlilov Ceyhun: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub". Memorial.az (az.). 2021-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
- ↑ "Azərbaycan İkinci Qarabağ Müharibəsində şəhid olmuş 2900 hərbi qulluqçusunun adını açıqlayıb". BBC Azərbaycanca (az.). 8 dekabr 2020. 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
- ↑ "Şəhid Xəlilov Ceyhun Azər oğlunun adına tikilən bulağın açılışı olub". www.agsu-ih.gov.az (az.). 18 may 2021. 26 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
- ↑ Əliyev, İlham. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.). 15 dekabr 2020. 17 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
- 22 sentyabrda doğulanlar
- 2001-ci ildə doğulanlar
- Ağsu rayonunda doğulanlar
- 28 sentyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- 19 yaşında vəfat edənlər
- Talışda (Ağdərə) vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşları
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Laçının azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar