Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç
Axtarışa keç
16 iyul — Qriqorian təqvimində ilin 197-ci günü. (uzun ildə 198-ci)
Bu tarixdə ilin sonuna 168 gün qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 3 iyul tarixinə uyğun gəlir.[1]
- 622 — Məhəmməd və onunla birlikdə ilk müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdilər. Bu hadisə hicri təqviminin başlanğıcı kimi qəbul edilir.
- 1212 — Las Navas de Tolosa döyüşü: Rekonkista zamanı, Papa III. İnnokentin çağırışı ilə İspaniyadakı Xristian krallıqları bir araya gələrək Məhəmməd Nasirin rəhbərliyi altında müsəlman Əl-Mühədlərini məğlub etdilər.
- 1377 — II Riçardın tacqoyma mərasimi keçirilmişdir.[2]
Mirzə Babayev (2001)
- 1902 — Orxan Şaiq Gökyay, Türkiyə yazıçısı
- 1907 — Barbara Stenvik, ABŞ aktrisası
- 1913 — Mirzə Babayev, Azərbaycan müğənnisi və aktyoru
- 1926 — Alfred Pfaff, Almaniya futbolçusu
- 1934 — Rasim Əliyev, Azərbaycan memarı
- 1964 — Nino Burcanadze, Gürcüstan dövlət xadimi
- 1966 — Yıldız Tilbə, Türkiyə müğənnisi
- 1967 — Sərxan Ocaqverdiyev, Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı
- 1981 — Mahir Zeyn, İsveç müğənnisi
- 1983 — Katrina Kaif, İngiltərə və Hindistan aktrisası
- 1988 — Serxio Buskets, İspaniya futbolçusu
- 1989 — Qaret Beyl, Uels futbolçusu
- 1994 — Saleh Məcidzadə, Azərbaycan hərbçisi
Henrix Böll