DB bağlayıcısı

Vikipediya saytından
Mr. Hüseynov (müzakirə | töhfələr) (Keçid tövsiyələri funksiyası: 3 keçid əlavə edildi.) tərəfindən edilmiş 05:20, 11 sentyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

DB bağlayıcısı (en. DB connector), (ru. DB-разъём), (tr. DB bağlaç) – kompüterə informasiyanın ardıcıl və paralel giriş-çıxışını təmin etmək məqsədilə istifadə olunan bir neçə növ bağlayıcıdan (konnektordan) biri.

DB (DATA BUS) hərflərindən sonra gələn ədəd həmin bağlayıcının xətlərinin (naqillərinin) sayını göstərir. Məsələn, DB-9 bağlayıcısında, onun kontaktlarına bərkidilmiş doqquz ayrıca xətt olur, ancaq, adətən, onların heç də hamısı istifadə olunmur. DB bağlayıcılarının ən geniş yayılmış növləri bunlardır: DB-9, DB-15, DB-19, DB-25, DB-37 və DB-50.