www.fgks.org   »   [go: up one dir, main page]

“Sumqayıt” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 24 May 2024 | 23:181065
“Sumqayıt” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında mövsümün son təyinatları açıqlanıb. İki gün ərzində keçiriləcək XXXVI turun matçlarının hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib.

 

“Sumqayıt”la qarşılaşacaq “Qəbələ”nin səfər görüşünün təyinatları da bəlli olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanı Tural Qurbanov idarə edəcək.

 

Qeyd edək ki, mayın 25-də baş tutacaq “Sumqayıt” – “Qəbələ” görüşü saat 19:00-da başlayacaq.

 

Misli Premyer Liqası

XXXVI tur

25 may (şənbə)

19:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu