www.fgks.org   »   [go: up one dir, main page]

"Qəbələ” altı futbolçu ilə yollarını ayırdı
Xəbərlər / 27 May 2024 | 12:541510
"Qəbələ” altı futbolçu ilə yollarını ayırdı

"Qəbələ” altı futbolçu ilə yollarını ayırıb. Müdafiəçi Lukas Afriko, yarımmüdafiəçilər Ahmed Ayzaya, Əyyub Allaş, Klesio Bauk, Yaovi Akakpo və hücumçu Osama Xalayla ilə 2023-2024-cü illər mövsümünün sonunda başa çatan müqavilələr uzadılmayıb.

 

2020-ci ildən “qırmızı-qara” formada çıxış edən toqolu Akakpo 30 oyunda 3 qol vurub. 2023-cü ildə “Qəbələ”yə keçən belçikalı Allaşın hesabında 56 görüşdə 10 top var.

 

Ötən yay “Qəbələ”yə qoşulan israilli Xalayla 40 (10 qol), braziliyalı Afriko 35 (1 qol), nigeriyalı Ayzaya 26 (1 qol) matçda forma geyinib. Bu qış “qırmızı-qaralar”ın heyətinə qayıdan mozambikli Bauk 13 qarşılaşmada 1 qola sevinib.