Tədqiq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat.

Məsələn, a) elmi cəhətdən araşdırmaq, öyrənmək, tədqiqat aparmaq;

b) bir şeyi müəyyənləşdirmək üçün diqqətlə ona baxmaq, gözdən keçirmək.

Tədqiqat metodu

Tədqiqat metodları aşağıdakılardır:

  • yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu;
  • elmi faktların əldə edilməsi vasitəsi;
  • məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu.

Tədqiqat mövzusu

Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey.

Tədqiqat obyekti

Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə.

Tədqiqatçı

Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim.

Ədəbiyyat

  • R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.