Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Nyamata Memorial Site 13b.jpg
Ruanda soyqırımı və ya rəsmi olaraq tutsilərin soyqırımı — hutu hökumətinin əmri ilə Ruandada yaşayan tutsilərin hutular tərəfindən 6 aprel – 19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi. Bu hadisə zamanı müxtəlif hesablamalara görə təxminən 500.000 və 1.000.000 arası insan həlak olmuşdur. Ölənlərin 70 faizi tutsilər idi. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. Soyqırım ruandanın siyasi elitası tərəfindən planlaşdırılıb ordu, jandarma və interaxamve, impuzamuqabi adlı xalq və dövlət tərəfindən dəstəklənən təşkilatlar tərəfindən həyata keçirilmişdir.

Kütləvi qətllər 1990-cı ildən Ruanda Vətənpərvər Cəbhəsi (RVC) ilə hutu hökuməti arasında başlamış vətəndaş müharibəsi çərçivəsində baş verirdi. Ruanda Vətənpərvər Cəbhəsinin əksəriyyəti ölkədəki tutsilərə qarşı olan təqiblərdən qaçıb Uqandaya yerləşən qaçqınlardan ibarət idi. Prezident Juvenalya Xabiarimanaya olan beynəlxalq təzyiqlər 1993-cü ildə koalisyon hökumətin qurulmasını nəzərdə tutan Aruş razılaşmasının bağlanmasına gətirib çıxardı.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
131 Bataille de Malazgirt.jpg
Malazgird döyüşüBizans imperiyası ilə Səlcuqlu imperiyası arasında 26 avqust 1071-ci ildə İberiyanın Manzıkert nahiyyəsində (hal-hazırda Türkiyənin Muş əyalətinin Malazgird məntəqəsi) baş vermiş döyüş. Döyüşdə Bizans ordusunun məğlub olması və imperator IV Roman Diogenin əsir düşməsi Anadoluda və ətrafında Bizans hakimiyyətinin laxlamasında mühüm rol oynamış və Anadolunun tədricən türkləşməsinə şərait yaratmışdır. XI əsrdə qərbə doğru yürüşlərdə iştirak edən türklərin bir çoxu Malazgird qələbəsini Kiçik Asiyanın qapılarını onların üzünə açan qələbə kimi qəbul edirdilər.

Bizans ordusundakı muzdluların və hərbi mükəlləfiyyətlə orduya cəlb edilmiş döyüşçülərin əksəriyyətinin döyüşdən tez bir zamanda qaçıb canlarını xilas etməsinə görə, məğlubiyyət qərbi və şərqi taqmatalardan toplanılmış döyüşçülərə baha başa gəldi. Malazgirddəki döyüşün nəticələri Bizans üçün fəlakət demək idi. Döyüşün nəticəsi siyasi və iqtisadi böhrana gətirib çıxardı və Bizansın öz sərhədlərini müdafiə etməsini daha da çətinləşdirdi

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Defendants in the dock at nuremberg trials.jpg
Nürnberq prosesində təqsirləndirilən şəxslərin siyahısı — bu siyahıda Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib. Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi. Stalin bir neçə dəfə bildirmişdi ki, İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər.

Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır. İkinci dünya müharibəsində qalib gələn dövlətlər 1945-ci ilin iyun-avqust aylarında keçirilən London konfransında beynəlxalq hərbi tribunalın yaradılması barədə razılığa gəldilər.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Aurora in Abisko near Torneträsk.jpg