Maastrixt sazişi

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Maastrixt sazişi - Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir.

Bu sazişə əsasən Avropa İttifaqı*nın pul-kredit siyasətindən irəli gələn mə`suliyyət və öhdəçiliklər Avropa Mərkəzi BankıAvropa Birliyi*nə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sistemi*nə həvalə edilir.

Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya- avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir- birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, və nəhayət ədliyyə və daxili işlər.

Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransa*da keçirilən referendumda fransızlar*ın yalnız 51.05%-i sənədin qəbulunun leyhinə səs verir. Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniya*da isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir.